Parkda əxlaqsızlıqla məşğul olan qadınlar saxlanıldı- Video

7-11-2014, 21:28   





Bu gün polis əməkdaşları Səməd Vurğun bağında əməliyyat keçirərək həmin məkanı əxlaqsız qadınlardan təmizləyib. Reyd saat 17:20 radələrində keçirilib.

polis əməkdaşları parkda əxlaqsızlıqla məşğul olan bir qrup qadını saxlayıb. Qadınlar Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinə aparılıblar.

Qeyd edək ki, polis çəkiliş aparılmasına mane olub. Geriyə yalnız bir neçə saniyəlik bir süjet qalıb.



Hadisəyə şahidlik edən paytaxt sakinləri polisin bu addımını təqdir edib. Xatırladaq ki, Bakının mərkəzində - Səməd Vurğun bağında əxlaqsızlıqla məşğul olan qadınların məskən salması haqda mətbuatda dəfələrlə məlumatlar dərc olunub. Parka istirahətə gələnlər bu vəziyyətdən şikayətlərini dönə-dönə dilə gətiriblər.
[media=http://www.youtube.com/watch?v=rteG4_kk4hE]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.