Erməni bicləri ölür

8-11-2014, 11:44   
Erməni bicləri ölür
Ovik Abramyan jurnalistlərlə görüşündə bəzi etiraflar edib

Region Ermənistan maliyyə çətinliyinə düşüb.

Bunu jurnalistlərlə görüşündə baş nazir Ovik Abramyan da təsdiq edib. "Bizim ölkə üçün 19 nazirliyin olması həddindən çoxdur", - deyə o bildirib.

"Biz yaxın zamanlarda onların birləşdirilməsi və sayının azaldılması üçün addımlar atacağıq. Azad olunan vəsaitlər isə vacib sosial problemlərin həllinə yönəldiləcək", - deyə baş nazir vurğulayıb.

Bununla bağlı olaraq, Ermənistanda politoloqlar hesab edirlər ki, nazirliklərin sayının azaldılması siyasi deyil, iqtisadi məqsəd daşıyır. Bir sıra ekspertlər deyirlər ki, hökumət tərəfindən gələn il üçün təqdim edilmiş büdcə layihəsi tamamilə uğursuz sayıldığından Ovik Abramyan bu addımı atmağa məcbur olub. Ermənistanın bu proqramı yerinə yetirməyə sadəcə pulu yoxdur, ermənilərin bədbəxtçiliyindən, indi heç kim kredit də vermir.

Bununla yanaşı, politoloq Levon Şirinyan bildirib ki, ölkədə işsizlik səviyyəsi artdıqca, dövlət aparatı da bir o qədər şişirdilir. Çünki hakimiyyətdə olanlar öz tanışlarını və qohumlarını işlə təmin etməyə çalışırlar. Proses bu gün də belə davam edir.

Nazirliklərin sayının azadılması ilə yanaşı İrəvanda yeni İqtisadi İnteqrasiya və İslahatlar Nazirliyi yaratmaq planlaşdırılır.

Şiranyan dəqiq əmindir ki, ölkə hakimiyyəti bu gün dərin seytnotdadır, çünki onlar ciddi narahatdırlar ki, Ermənistanda hakimiyyətdəyişikliyi tezliklə gerçəkliyə çevriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.