Rusiya Qafqazı işğal edir

8-11-2014, 11:50   

Lenta.ru portalındakı məqalə Ermənistanda şok effekti yaradıb

Region Rusiyanın Lenta.ru portalında qalmaqallı məqalə yayımlanıb.
məqalədə Gürcüstanın faktiki parçalanmasının anonsu verilir. Yazı "Rusiya Ermənistan sərhədinə çıxır" başlığı ilə verilib. Materialda Rusiyanın Gürcüstandakı siyasi böhrandan istifadə edərək osetinlər yaşayan ərazi və ermənilərin məskunlaşdığı Cavaxkanı nəzarət alıtına alacağı deyilir. Ekspertlər isə Lenta.ru-da dərc olunmuş məqalənin Rusiyanın Cənubi Qafqazda irəliləməsinin yeni formatı kimi təqdim edirlər. Müəllif Rusiyanın bu addımla həm Gürcüstanın NATO ilə yaxınlaşması məsələsinin qarşısını alacağı, həm də Rusiyanın Ermənistana daha da yaxınlaşması problemini də həll edəcəyini qeyd edir.

Məqalə sözsüz ki, təxribat xarakteri daşıyır. Ancaq Gürcüstan siyasi böhranının bir neçə inkişaf senarisi olduğu bildirilir. Bəzi siyasi analitiklər Gürcüstanda Ukrayna senarisinin reallaşacağını istisna etmir. Ukraynanı itirdiyi görən Rusiya bu ölkədən "parçalar" qoparmağa çalışmışdı. Eyni hal Gürcüstanda da yaşana bilər. Bu ölkədə isə osetin və ermənilərin yaşayış məntəqələri "odlu həlqə" kimi seçilə bilər. Ekspertlər məqalənin onsuz da ehtirasların kəskinləşdiyi Gürcüstanda bomba effekti yaradacağından ehtiyat edirlər. Ermənistan mətbuatı isə yazının ilk növbədə Ermənistan və Gürcüstandakı erməni cəmiyyətində reaksiya yaratmağa hesablandığını yazır.

Adıçəkilən məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiz:
Rusiya Qafqazı işğal edir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.