“Mübariz Qurbanlı dindən xəbərsizdir” - Elşad Miridən sərt açıqlama

8-11-2014, 15:43   
“Mübariz Qurbanlı dindən xəbərsizdir” - Elşad Miridən sərt açıqlama

Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlama verərək Bakı şəhəri, Yasamal rayonunda yerləşən İlahiyyat məscidində məqsədli şəkildə sıxlıq yaradıldığını deyib.
anaxeber.info bildirirki AzNews.az-a açıqlama verən ilahiyyatçı alim Elşad Miri Komitə sədrinin fikirləri ilə razı olmadığını bildirib.

“O məscidə gedən insanlardan biri də mənəm. Şəxsən mənim ora getməkdə məqsədim say artırmaq, kiməsə nəsə göstərmək deyil. Həmçinin, tanıdığım bir çox insanlar da ora ibadət üçün gedirlər. Mübariz Qurbanlı dindən xəbərsiz olduğuna görə, bu cür cümlə işlədib. Mən Mübariz müəllimin bu günə qədər etdiyi çıxışlarını yaxşı qarşılayırdım. Onun bu açıqlaması isə məni çox təəccübləndirdi. Əgər belə bir göstəriş varsa, bunu kim verə bilər axı? Məscid imamından xoşum gəlməsə belə ora gedirəm. Məni və mənim kimi şəxsləri heç kim məscidə xahiş və göstərişlə gətirmir”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.