Dünyanın ən bahalı brendlərinin adları açıqlanıb

8-11-2014, 23:54   



ABŞ-ın "Forbes" jurnalı planetin ən bahalı brendlərinin reytinqini elan edib. "Apple" korporasiyası birinci yerdə qərarlaşıb.

"Apple" brendi 124,2 milyard dollar məbləğində qiymətləndirilib ki, bu da ötən illə müqayisədə 19% çoxdur. Ekspertlər 2014-cü ildə şirkət tərəfindən buraxılmış məhsulların sayını nəzərə alıblar.

"Forbes" jurnalı tərəfindən tərtib edilmiş siyahıda ikinci yerdə brendi 63 milyard dollar məbləğində qiymətləndirilən "Microsoft" şirkəti yer alıb. 56,6 milyard dollar göstəriciyə malik "Google" brendi üçüncü olub. "Coca-cola" (56,1 milyard dollar) dördüncü, "IBM" (47,9 milyard dolalar) isə beşincidir.

Ən bahalı brendlerin onluğuna, həmçinin "McDonald's" (39,9 milyard dollar), "General Electric" (37,1 milyard dollar), "Samsung" (35 milyard dollar), "Toyota" (31,5 milyard dollar) və "Louis Vuitton" (29,9 milyard dollar) daxildir.

Mütəxəssislərin qiymətləndirməsinə görə, "Facebook" brendi 74% bahalaşaraq 23,7 milyard dollar olub. Nəticədə dünyanın ən böyük sosial şəbəkəsi reytinqdə 18-ci pillədə qərarlaşıb.

Ən bahalı brendlərin siyahısını tərtib edən "Forbes" analitikləri şirkətin gəliri və son üç il ərzində səhmlərinin dəyərini götürürdülər, həmçinin brendin dünya bazarındakı rolunu əsas götürüblər. Reytinqə 100 brend daxil olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.