Azərbaycana yataq dəsti gətirmək qadağan olundu-ŞOK

11-11-2014, 17:28   
Azərbaycana yataq dəsti gətirmək qadağan olundu-ŞOK
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəyə yataq dəstlərinin gətirilməsinə qadağa qoyub.Bu barədə istiqlal.az-a bu qadağa ilə üzləşən və təhlükəsizlik baxımından adının çəkilməsini istəməyən mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, bunun səbəb Sumqayıtda fəaliyyət göstərən və KəmaləddinHeydərova məxsus “Gilan” Tekstil Parkında yataq dəstlərinin istehsal olunmasıdır. Mənbə bildirirki, hətta xaricdən yataq dəstlərinin pərakəndə gətirilməsi belə müşkülə çevrilib. Gömrük işçiləri yüklərin arasında yataq dəsti görən kimi dərhal onu gətirənvətəndaş ıçağıraraq “Gilan” Tekstil Parkına göndərirlər. Vətəndaş sözügedən müəssisədə gətirdiyi hər yataq dəsti üçün 70 dollar ödəniş etməlidir.Bundan sonra ona xaricdən gətirdiyi yataq dəstini guya “Gilan” Tekstil Parkından alması barədə arayış təqdim olunur.Vətəndaş da öz növbəsində bu arayışı gömrüyə təqdimedir. Əks təqdirdə nəinki vətəndaşın gətirdiy iyataqdəsti, bütövlükdə yükü ölkəyə buraxılmır.
Mənbə bildiribki, yataq dəstinin hər birinə görə edilən ödənişin məbləğini “Gilan” Tekstil Parkı müəyyənləşdirir.Məbləğ də vətəndaşın aldığı qiymətdən bir neçə dəfə artıqolur.Türkiyədə 8-10 dollara alınan yataq dəsti burada 7 dəfə baha qiymətə rəsmiəşdirilir.
İstiqlal.az məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənməyə cəhd etsə dıə, qurumun mətbuat xidmətindən zənglərə cavab verən tapılmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.