Amerika düşmənlərini super təyyarə ilə vuracaq

11-11-2014, 18:24   
Amerika düşmənlərini super təyyarə ilə vuracaq
Pentaqonun elmi araşdırmalar mərkəzi DARPA təyyarə daşıya bilən nəhəng təyyarə axtarışında olduğunu bildirib. Avropa.info xəbər verir ki, bir neçə təyyarəni sığdıracaq ana təyyarənin istehsalı üçün “C-130 Hercules” modelinə nümunə kimi baxılır.

Təyyarə daşıyan təyyarənin istehsalı Amerikanın hərbi əməliyyatlarını daha da asanlaşdıracaq. Bu halda qırıcı təyyarələrin aviabazaya ehtiyacı qalmayacaq. Ana təyyarədən havalanan pilotlar geri qayıda biləcək.

DARPA yeni texnologiyanı əldə etmək üçün silah şirkətlərinə tender elan edib. Super təyyarənin texniki hazırlığı üçün 4 il nəzərdə tutulur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.