Azərbaycan üçün Rusiya təhlükəsi

11-11-2014, 20:01   
Azərbaycan üçün Rusiya təhlükəsi
Putin tezliklə Gürcüstan və Azərbaycan üçün hərəkətə keçəcək

Rusiya prezidenti Vladimir Putinin aydın məqsədi var ki, 1721-1917-ci illərdə mövcud olmuş rus imperiyasının mümkün qədər çox hissəsində nəzarəti bərpa etsin.

Bu haqda ABŞ-ın nüfuzlu Cato İnstitutunun baş elmi əməkdaşı, Qlobal İqtisadi İnkişaf İnstitutunun direktoru Riçard Ran (Richard W. Rahn ) “The Washington Times” qəzetində dərc edilmiş məqaləsində yazıb.

O, xatırladır ki, rus imperiyası əsasın keçmiş sovet respublikalarının, Şərqi Avropanın əksər ölkələrinin, Finlandiyanın və Alyaskanın ərazilərindən ibarət olub. “Cənab Putin bilir ki, ABŞ-ın növbəti prezidenti çətin ki, onun imperiyanın bərpasına yönəlmiş planlarına prezident Obama kimi qətiyyətsiz və həvəssiz reaksiya verərdi. O, hətta rus neftinə tələbatın azalması və qiymətlərin gözlənilmədən aşağı düşməsi ilə qarşılaşıb. Bu da Rusiyanın maliyyə rezervlərinin ciddi ölçülərdə azalmasına gətirib çıxarır. Deməli, Putinə təzyiqləri artırmaq üçün tələsmək lazımdır”, Riçard Ran yazır.

“Əgər cənab Putin tezliklə birbaşa və ya dolayısı formada Ukraynaya nəzarəti təmin etsə o, çox güman ki, tezliklə Belarusu və Moldovanı bilavasitə idarə etmək, daha sonra Gürcüstana və Azərbaycana keçmək üçün fəaliyyətə başlayacaq. Bu da ona Xəzər dənizi, neft-qaz kəmərləri üzərində nəzarəti təmin edəcək. Bu məqamda Putinin rusdilli azlığı qorumaq adı altında Baltik ölkələrinə müdaxiləyə başlamaq üçün yaxşı mövqeləri olacaq”, müəllif bildirir.

Riçard Ran hesab edir ki, ABŞ özünü sülhməramlı rolda göstərməkdənsə, tezliklə Ukraynanı silahla təmin etməli, öz ərazisində neft-qaz istehsalı üçün maneələri aradan qaldırmalı, Rusiyaya qarşı maliyyə sanksiyalarını gücləndirməlidir. Müəllifə görə Rusiyanın hərbi gücü elə də böyük deyil, ancaq onun böyük nüvə arsenalına malik olduğunu nəzərə almaq lazımdır. Riçard Ran Putinin ABŞ-ı radioaktiv külə çevirməyə qadir olan yeganə ölkənin Rusiya olduğu barədə bəyanatını da xatırladır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.