Terrorçular öz valyutasını dövriyyəyə buraxır
Dünya İŞİD terorçu qruplaşması öz valyutasını dövriyyəyə buraxmağı planlaşdırır.
terrorçuların döviyyəyə buraxacağı pul dinar adlandırılacaq.
İŞİD ərəb xilafəti dövründə olduğu kimi pulları qızıldan və gümüşdən kəsəcək.
Yeni dinarlar yaxın vaxtlarda İŞİD-in Suriyada və İraqda nəzarət etdiyi ərazilərində dövriyyəyə buraxılacaq.
Terrorçular nümunə kimi 630-cu ildə xəlifə Osmanın dövründə buraxılan pulları götürüb. O, vaxt dinar 4,3 qram həcmində qızıl pul olub. 3 qr olan gümüş pul isə dirhəm adlanıb.
İŞİD-in pul buraxma planları neft satışından əldə olunacaq gəlirlərə əsaslanır. Neftin barrelini 25-30 dollara satan İŞİD neft satışından günə 2 milyon dollar qazanır.