Rusiya parlamenti immiqrant işçilərin dövlətə vergi verməsini ehtiva edən qanun qəbul edir.
qanun qəbul olunarsa, Rusiyada yaşayan və çalışan qeyri-rus millətlərin nümayəndələri, o cümlədən azərbaycanlılar vergi ödəyicisi olacaq.
Qanuna görə, bu ölkəyə işləmək üçün gəlmiş şəxslər 30 gündən gec olmayaraq bu barədə aidiyyatı orqanlara müraciət etməlidir.
Yeni qanuna görə, 1 yanvar 2015-ci il tarixdən etibarən siyahıya alınma keçiriləcək.