Reyqanın gizli telefon danışıqları üzə çıxdı: şok detallar

11-11-2014, 23:13   



ABŞ-ın sabiq Prezidenti Ronald Reyqanın heç yerdə dərc olunmayan telefon danışıqlarının qeydlərinin üzə çıxması tarixçiləri çaşbaş qoyub.

Amerika tarixçiləri ABŞ prezidentlərinin gizli danışıqlarının Riçard Nikson dövründən sona çatdığını düşünürdülər. Ancaq Ağ Evin padvalında yerləşən kəşfiyyat otaqlarından birində Reyqanın dünya liderləri ilə gizli telefon danışıqlarını qeydə aldığı məlum olub.

Tarixçi Uilyam Dolye Ağ Evdən "Məlumat Azadlığı Qanunu" çərçivəsində topladığı gizli səs qeydlərində sabiq prezident Reyqanın İsrail Baş naziri Menahem Beqini, Pakistan Prezidenti Ziya Ülhak və Böyük Britaniya Baş naziri Marqaret Tetçer kimi liderlərlə apardığı gizli telefon danışıqları var.


Qeydlərindən birində Kaliforniyadakırançosunda ata minən Reyqanın keçmiş Suriya Prezidenti Hafiz Əsədlə telefonda 13 dəqiqə danışığı, bir qeyddə isə Reyqan-Tetçer arasında 26 oktyabr 1983-cü ildə aparılan telefon söhbəti yer alır.


Reyqan və Tetçer arasında qeyd edilən telefon danışıqlarından birində birinci Amerika donanmasının İngiltərəyə xəbər vermədən Qrenadaya gətirilməsinə görə Tetçerdən üzr istəyir. İki lider arasında görüşlərdən birində Falkland Adaları məsələsi gündəmə gətirilir, "Dəmir Ledi" bu məsələdə həssas olduğu üçün telefon danışığını çox uzatmaq istəmir.


İsrail Baş Naziri Beqinlə bağlı ortaya çıxarılan sənəddə isə 1982-ci ildə Livan müharibəsi zamanı Reyqan Beqindən Livan hökumət qüvvələrinin gəlməsinə qədər İsrail əsgərlərini Livandan geri çəkməyi bir neçə gün təxirə salmağı istəyir. Livan münaqişəsi səbəbindən ağır siyasi təzyiq altında olan İsrail Baş naziri Beqini bu telefon danışığından bir neçə ay sonra istefa verir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.