Bərdədə H.Əliyevin əkdiyi "Xan Çinarlar" məhv edilir

11-11-2014, 23:32   

Bərdə sakinlərəni çox narahat edən məsələ, məni sükutu pozmağa vadar etdi.

Bərdədə H.Əliyevin əkdiyi və tövsiyyə etdiyi çinarlar məhv edilir

Bu sözləri Mediaxeberleri.az-a Bərdə sakini Zahid Mikayılov ünvanlayıb.

Sabiq icra başçısının oğlu abadlaşma adı altında Ü.Hacıbəyov küçəsində yerləşən adı Qırmızı Kitaba düşən 80-dən artıq "xan çinar" adlanan ağacları kəsdirib.

Bərdə qədimi şəhərdir.Dünya tarixində Bərdənin özünə məxsus yeri var. Bu gün ölkəmizdə aparılan abadlıq və quruculuq işlərində yaşıllaşdırmanın xüsusi yeri var. Bərdə şəhərinin Uzeyir Hacıbəyov küçəsində böyük "Şərq bazarı" yerləşir. Bu bazar son 10 il ərzində Ölkəmizdə ən gözəl və yaraşıqlı bazarlardan sayılırdı.

"Şərq bazarı" 1980-ci illərin əvvəllərində mərhum H.Əliyevin göstərişi ilə inşa edilmişdir. Bazar inşa edilən zaman H.Əliyev tikintinin nəzarətini öz üzərinə götürmüşdür. Bazarın tikilib istifadəyə verilməsindən əvvəl, H.Əliyev salınacaq bazarın ərazisi ilə tanış olmuş və o vaxtkı rayon rəhbərliyinə öz tövsiyələrini vermişdir.

ilk öncə, bazar və onun ətrafını yaşıllaşdırmağı tövsiyyə edən H.Əliyev əraziyə xan çinarı ağacını şəxsən öz əlləri ilə əkmişdir. Bir neçə ildən sonra həmin ağaclar Bərdə şəhərinin loqosuna çevrilmişdir. Rayon əhalisi həmin ağaclarla fəxr edirdi. Bərdənin keçmiş tarixi olduğu kimi, çinar ağacları şəhərin gələcək tarixini bildirirdi.

Çox təəssüflər olsun ki, xain əllər, pul qazanmaq hərisliyi H.Əliyevin əkdiyi və tövsiyyə etdiyi çinarların məhvinə gətirib çıxardı. Bazarın indiki rəhbərliyi əkilmiş çinarları gecəylə məhv edib, yerlərini mini mağaza sahiblərinə satdılar. Beləliklə qısa müddət ərzində bazar və ətrafı virus mənbəyinə çevrildi.Yerlər satıldığından, bazarın içərisində vəziyyət süni şəkildə iflic oldu. Əhalinin dolanması pisləşdi. Alver olmadığına görə kiçik sahibkarlar mağazalarını bağlamağ məcbur oldular.

Bazarda kəndlilərin gətirdiyi məhsulların satılması mümkün olmadığından əhali çölə yəni Ü.Hacıbəyov küçəsinə çıxdı. Küçədə avtomobillərin hərəkəti və məhsulların satışı, Bərdəliləri sanki Rumuniya qaraçılarını xatırlamağa vadar edir. Hazırda küçədən keçmək müşkil vəziyyətə çevrilib.

Əhali küçənin ortasında alış-veriş edir. Maşın tıxacları və səs-küy baş alıb gedir. Bu vəziyyət hətta , yaxınlıqda olan "N" saylı hərbi hissənin yolunu kəsir.

Ağacların kəsilməsinin və bazarın bu hala salınması bir başa günahkarı sabiq icra başçısı Elman Allahverdiyevin oğlu Zaur Allahverdiyevdir.


Mən Mikayılov Zahid Bərdə rayon sakini bu haqsızlığa göz yummayaraq Prezident İlham Əliyevə müraciət edirəm.

Hörmətli Prezident!

Mən Bərdənin gəlcək tarixinə, eləcə də H.Əliyevin zəhmətinə edilmiş xəyanət haqqında ölçü götürlməsini istəyirəm.Xahiş edirəm mövcud vəziyyət araşdırılsın və günahkarlar cəzalandırılsin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.