Abramoviç Bodrum və Marmarisdə dincəlib
Adam Içində Rusiyalı oliqarx Roman Abramoviç bir ay ərzində Türkiyənin Egey dənizinin sahilində dincəlib.
"Çelsi" klubunun 48 yaşlı sahibi sevimli “Eclipse” və “Le Grand Bleu” yaxtaları ilə Bodrum və Marmarisdə istirahət edib.
Roman Abramoviç Selimiye rayonuna baş çəkib. Burada o dörd mühavizəçinin müşayiəti ilə mənzərəli dağlıq yerlərdə kiçik velotur təşkil edib.
Velosiped gəzintisindən sonra yorulan oliqarx yerli kafelərdən birinə girərək yemək yeyib.
Rusiya milyarderini tanıyan kafe sahibi yemək və içkilər üçün ödənişi qəbul etməkdən imtina edib. Ancaq Roman Abramoviç təxminən 20 türk lirəsi təşkil edən hesabın ödənişində təkid edib.
Türkiyəyə Roman Abramoviç yalnız dənizdə aktiv istirahət üçün deyil, həm də işlə bağlı gedib. Sahibkar mehmanxana biznesinin inkişafına pul qoyur. Abramoviç türk sahilində mehmanxana tikdirməyi planlaşdırır.