Pekində Rusiya Prezidenti Vladimir Putin bir neçə dəfə ABŞ Prezidenti Barak Obama ilə Ukraynada baş verən böhran barədə danışmağa cəhd edib.
bu barədə ABŞ-ın “Foks Nyus” (Fox News) kanalı məlumat yayıb. Kanalın xəbərinə görə, Ağ Ev Ukraynada təcavüzə davam edən Rusiyaya daha ağır təzyiq yollarını axtarır. Ukraynanın şərqində separatçıların yenidən silahlandırılması Moskvaya qarşı daha sərt sanksiyaların tətbiqinə səbəb ola bilər.
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndisi Bernadet Mehan isə Pekində keçirilən sammit zamanı prezidentlərin gün ərzində üç dəfə İran, Suriya və Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün cəmi 15-20 dəqiqə söhbət edə bildiklərini açıqlayıb.