Ağdam Dövlət Sosial-İqtisadi Kollecində rüşvətin Mütəllim rüzgarı – Özəl

12-11-2014, 14:25   
Ağdam Dövlət Sosial-İqtisadi Kollecində rüşvətin Mütəllim rüzgarı – Özəl

Ağdam Dövlət Sosial-İqtisadi Kollecində rüşvətin Mütəllim rüzgarı
Kolecdə bütün rüşvət və maliyyə maxinasiyaları, qanunsuzluqlar məhz tədris hissə müdirinin nəzarəti altında aparılır


Ölkə təhsilində baş verən problemlərlə bağlı uzun illərdir ki, mətbuatda silsiləli yazılar dərc olunur. Təhsil Nazirliyinin rəhbərliyi dəyişilsə də, hələ də təhsildə bəzi neqativ hallar qalmaqdadır. Təhsil Nazirliyinin nəzdində fəalyyət göstərən regionlardakı kolleclər, filiallarda baş verən problemlər, saxta diplom alış-verişi, rüşvətlə qiymət yazılmalar və s. qanun pozuntuları hələ də kütləviliyini saxlamaqdadır.



Belə bir təhsil müəsissələrdən biri də Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Sosial-İqtisadi Kollecidir. Qeyd edək ki, adı çəkilən kollec Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsilərindən biri olmaqla, 26 avqust 2002-ci ildə Nazirlər Kabinetinin Qərarına əsasən Ağdam Kənd Təsərrüfatı və Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumlarının bazasında və bu təhsil müəssisələrinin birləşdirilməsi əsasında yaradılıb. Hal hazırda Ağdam Dövlət Sosial-İqtisad Kollecində Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün), Təsviri incəsənət müəllimliyi, Maliyyə işi, Nəqliyyatda daşımaların təşkili, Yol hərəkətinin təşkili ixtisasları var.



Adı çəkilən kollecdə təhsil alan bir qrup tələbə ideologiya.az-a müraciət edərək kollecdə baş alıb gedən rüşvət hallarından şikayətləniblər. Bildirilir ki, təhsil müəsissəsinin rəhbəri Natiq Cavadov kollecdə baş verən qanun pozuntularına bir başa nəzarət edir. Belə ki, kollecin tələbələrindən ümumi imtahanlardan keçmək ümün 80-100 manat arası “rüşvət” yığılır. Bu pulu verməyən tələbələrə isə kollecin direktoru ilə danışmaq məsləhət görülür. Daha doğrusu tələbələrə bildirilir ki, adamın gəlsin Natiq müəllimlə danışsın.



Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ilə bağlı ideologiya.az-a daxil olan məlumatlarda adı xüsusilə hallanan şəxs tədris hissə müdiri Mütəllim müəllimdir. Məlumatlardan belə aydın olur ki, kolecdə bütün rüşvət və maliyyə maxinasiyaları, qanunsuzluqlar məhz bu şəxsin nəzarəti altında aparılır. Eyni zamanda şikayətçi tələbələr bildirirdiyinə görə bir çox tələbələr ki, onların adları jurnalda gösərilsə də, həmin tələbələr yalnız Təhsil Nazirliyindən yoxlama gəldiyi zaman təhsil müəsissəsində “peyda” olurlar. Məhz Mütəllim üəllimin bu özfəaliyyətinin nəticəsidir ki, kollecdə dərslərə davamiyyət bərbad vəziyyətdədir. Dərslərdə iştirak etməməyin aylıq xərci isə 70-80 manat təyin olunub. Bəzi mənbələr isə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin əksər oğlan tələbələrinin məhz bu yolla dərslərdən “azad” olaraq Bakıya işləmək üçün üz tutduqlarını iddia edirlər. Bütün bunlar əlbəttə ki, ölkənin ümumilikdə təhsil sisteminə, bir vətəndaş kimi hələ tam formalaşmamış gənc nəslin təlim-tərbiyyəsinə çox böyük ziyan vurur. Bütün bunlarla bağlı isə Ağdam ictimaiyyətində artıq çoxdan belə bir rəy formalaşmışdır ki, məhz Fəxrəddin Zamanovun yarıtmaz fəaliyyətinin nəticəsi olaraq kollecin məzunları üz tutduqları idarə, müəssisə və təşkilatlarda məmnunluqla qarşılanmır və əksər hallarda ixtisasları üzrə işlə təmin oluna bilmirlər.



Məlumatlarda bildirilir ki, saxta diplom və arayışların verilməsi kimi hallara da Ağdam Dövlət Sosial-İqtisadi Kollecində tez-tez rast gəlinir. Bizə təqdim olunan məlumatlarda belə bir fakt da vurğulanır ki, Ağdam Dövlət Sosial-İqtisadi Kollecində sessiya imtahanlarının nəticələri əslində artıq çoxdan korrupsiya predmetinə çevrilmişdir. İdeologiaya.az-a daxil olan məlumatda bildirilir ki, Mütəllim müəllimlə yeni direktorun kollecdə əsas gəlir mənbəyindən biri də təhsil müəsissəsinə tələbə qəbuludur. Belə ki, TQDK-nın qəbul imtahanlarından keçməyən bir çox tələbələr məhz kollecdəki cütlüyün köməkliyi ilə Ağdam Dövlət Sosial-İqtisad Kollecində təhsil almaq “şans”ını qazanırlar.



Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin fəaliyyətində yer almış çeşidli neqativ hallara dair ölkə mətbuatında ardıcıl məlumatlar dərc olunsa da, burada baş verənlərə Təhsil Nazirliyinin diqqətini hələ də cəlb etmək olmur. Amma ideologiya.az olaraq bu mövzunu daimi diqqətdə saxlayacağıq. Qarşı tərəfidə dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.