Hüquq müdafiəçisi təcridxanada aclığa başladı

12-11-2014, 14:59   
Hüquq müdafiəçisi təcridxanada aclığa başladı
Rasim Əlizadə: “Bütün bunlar mənim fəaliyyətmilə bağlıdır”

İnsan Hüquq və Azadlıqlarının Müdafiə Təşkilatının sərdi, hüquq müdafiəçisi Rasim Əlizadə saxlanıldığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. Bu haqda məlumatı “Yeni Müsavat”a R.Əlizadə özü verib.
“Noyabrın 7-dən aclıq aksiyasına başlamışam. Tələb edirəm ki, mənə heç bir qeyd-şərtsiz bəraət verilsin.
Əvvəlcə üzümə bir yol polisi əməkdaşını qoydular. Sonradan gördülər ki, ittihamı təsdiq edə bilmirlər. Xuliqanlıqla cəlb etmək istədilər. Buna da nail olmadılar.
Dedilər ki, 10 nəfərə qarşı dələduzluq etmisən. Hər biri də əleyhimə ifadə verib. Dələduzluqla cinayət işi başlayıb Astara sakini Kamran Əliyevi zərərçəkən kimi yazdılar. Kamran Əliyevlə aramızda borc söhbəti var. Bunu onun özü də deyir. Amma nə ibtidai istintaqda, nə də məhkəmədə eşidən olmadı. Hakim Mirzə Xankişiyev ittihamın qondarma olduğunu bilə-bilə barəmdə 7 il azadlıqdan məhrum etmə hökmü verdi. Bütün bunlar mənim fəaliyyətmilə bağlıdır”.
R.Əlizadə deyib ki, noyabrın 7-də prezidentə, ədliyyə nazirinə müraciət ünvanlarıb: “Noyabrın 7-də, məhkəmənin hökmündən əvvəl həmin müraciəti yazdım və göndərdim. Qeyd etdim ki, mənə ittiham aktı verilmir, hakim dediklərimin məhkəmə protokollarına salınmasına imkan vermir. Bu gün də ittiham aktını almamışam. Əgər məni qanuni məhkum edirlərsə, niyə ittiham aktını vermirlər? Nədən qorxurlar? İttiham saxta, hökm qanunuzdur. Mənə bəraət verilənə qədər aclıq edəcəyəm”.
Xatırladaq ki, Rasim Əlizadə Astara rayonunda bir vətəndaşı həbsdən azad etdirmək adı ilə onun ailəsindən 15 min manat alaraq dələduzluqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.