Çalışan qadınların ən böyük arzusu işdə həm şık, həm də rahat geyinərək stil sahibi olmaqdır.
Ofis stiliniz üçün seçdiyiniz geyimlər həmin günki əhvalınıza 100% təsir etdiyi halda, yanlış kombinələr geyindiyinizdə gününüz kabusa dönüşə bilər. Buna görə işə gedərkən seçdiyiniz geyimlər iş uğurunuz üçün əhəmiyyətlidir. Ailem.az iş xanımları üçün bəzi tövsiyələr təqdim edir.
Həyatın ən anlamlı, ən çox istifadə edilən cinsləri ofis stilinizin xilasedicisi ola bilər. Cinslə yarada biəcəyiniz şıklıq ofis stilinizə fərqli hava qatacaq.
Cinsin altına geyinilən dikdaban ayaqqabı işinizə yaraya bilər
Üstə tam oturan, dar kəsimli bir cins və altına geyinilən klassik stiletto geyiminizi bir anda ofis şıklığna dönüşdürə bilər.
Qara skinny cins
Qara skinny cinslə feminen bir köynəyi kombinə edərək xoş bir ofis stilinə sahib ola bilərsiz.
Yarıqlı cins kombininə feminen toxunuşlarla fərqlilik qatın
Küçə modasının önəmli parçası olan yırtıqlı cinsləri ofisə daşımaq da mümkündür. İpək bir köynək, göstərişli aksessuarlar cinsin “bağırtısı”na feminenlik qatacaq.
Enli cinslə ofisə 70-ci ilərin modasını daşıyın
Ofisdə nostalji hava əsdirəcək.
Ofis stilinə bir az da maskülen şıklıq qatın
Maskülen kəsim jilet və pencək əla seçimdir. Çox maskülen görünmək istəmirsizsə, qırmızı dodaq boyası və stiletto ayaqqabı geyinin.
Cins kombininə oversized şalla hərəkət qatın
Cins pencəklə daha rəsmi görünməmək üçün oversized bir şaldan istifadə edə bilərsiz.
Ağ cins şalvarla hər zaman şıksız
Ofislə ayaqlaşan, hər zaman şıklığın zəmanəti olan ağ cinsi qış aylarında da rahatlıqla geyinə bilərsiz.