Müdafiə Nazirliyi rəsmi məlumat yayacaq
bu barədə Qafqazinfo saytı məlumat yayıb. Sayt məlumatı cəbhə bölgəsindən əldə etdiyini yazır. Məlumata görə, bu dəqiqələrdə cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində hava sərhədini pozan Ermənistan tərəfinə məxsus vertolyot vurulub. Vertolyot Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə düşüb və hazırda ərazidə tüstüləyir. Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı oxu.az-a açıqlamasında yayılan məlumatı nə təsdiq, nə də təkzib edib.
Polkovnik Dərgahlının sözlərinə görə, məsələ ilə bağlı rəsmi məlumat yaxın vaxtlarda Müdafiə Nazirliyinin saytında yerləşdiriləcək.
Məlumat yenilənəcək.