Bakıda məhkəmə qarşısına çıxarılan 17 yaşlı qızdan şok sözlər

12-11-2014, 16:20   
Bakıda məhkəmə qarşısına çıxarılan 17 yaşlı qızdan şok sözlər
"14 yaşımda sevgilim məni narkotik vasitə qəbuluna alışdırdı, sonra iynə vurmağa başladım"

Kriminal Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən 17 yaşlı Aygün Qədirovanın cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və hal şahidləri ifadə verib.

Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü A.Qədirova özünü qismən təqsirli bilib. O, ifadəsində narkotik maddə aludəçisi olduğunu deyib. Narkotik vasitəni Bahəm adlı iranlı tanışından ona əmanət qaldığını deyən 17 yşlı qız əlavə edib: “İranlı tanışım var idi. Adı Bahəm idi. Sevdiyim oğlanın vasitəsilə tanış olmuşdum onunla. Mənə narkotiki verdi və dedi ki, 20 gündən sonra gəlib götürəcək. Mən də saxladım. Ancaq gəlib çıxmadı”.

Təqsirləndirilən qızın sözlərinə görə onu narkotik vasitələrin qəbuluna sevdiyi oğlan alışdırıb: “14 yaşım olardı, sevdiyim oğlan vardı. Tez-tez görüşürdük. Mənə narkotikdən istifadə etməyi öyrətdi. Sonradan isə özü tutuldu. Artıq narkotikdən ayrıla bilmirdim. İynə vurmağa başladım. Artıq həyatımdan bezmişəm”.
Qeyd edək ki, bu ilin aprelin 1-də Abşeron rayon Polis Şöbəsinin əməliyyatçıları Aygün Qədirovanı şübhəli şəxs qismində saxlayıb. Onun üzərinə baxış keçirilərkən bir kiloqramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.