Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

MTN İŞİD-in Bakı bazası barədə

12-11-2014, 16:42   
MTN İŞİD-in Bakı bazası barədə
Təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir

Növbətçi Bakıda İŞİD-çilərin “Baku Paintball Center”dəki atıcılıq meydanında hərbi baza yaratmaqları ilə bağlı yayılan məlumatlara münasibət öyrənmək üçün Milli Təhlükəsizlik Nazirliyinə surğu yolladıq.

Nazirliyin İctimai Əlaqələr Mərkəzindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirildi ki, yayılan informasiyaların heç bir əsası yoxdur.

“Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur”, - deyə bildirilib.

Qeyd edək ki, Bakıda İŞİD-çilərin yetişdirməsi barədə məlumat yayılıb. Yayılan məlumatlara görə, Bakı şəhərinin Keşlə qəsəbəsindəki “Baku Paintball Center”dəki atıcılıq meydanında İŞİD-çi dəstələrinin formalaşdırıldığı iddia olunur.

Yayılan məlumatlara görə, günün müəyyən zamanlarında sələfi təriqətinin nümayəndələri mərkəzin atıcılıq meydanında təlim keçirlər. Beləliklə də onlar gələcək döyüşlərə hazırlaşırlar.

Məsələyə aydınlıq gətirmək üçün “Baku Paintball Center” ilə əlaqə yaratdıq. Fikrət adlı şəxs ANS PRESS-ə açıqlamasında yayılan məlumatların yalan olduğunu dedi.

“Elə şey olar ki, burada terrorçular məşq etsinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərsiz olsun? Yalan söhbətdir. Kimsə düşmənçilik məqsədilə belə xəbərlər yayır”, - deyə Fikrət bəy bildirdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar