Vəhhabilərə işləyən şirkətin rəhbəri danışdı – Özəl/Video

12-11-2014, 21:00   
Vəhhabilərə işləyən şirkətin rəhbəri danışdı – Özəl/Video
[media=http://www.youtube.com/watch?v=z_YnQa2qkiU]

“Bizim yalnız vəhhabi təriqətindən olanlar üçün halal kolbasa istehsal etməyimizlə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. Ümumiyyətlə, şirkətimiz halal məhsul istehsal etmir”.

Bu sözləri Axar.az-a açıqlamasında Xırdalanda yerləşəm “AY-MİN” MMC kolbasa məmulatı firmasının satış meneceri Kamran Abbasov dedi. Onun sözlərinə görə, həftədə bir dəfə yalnız vəhhabilər üçün məhsul istehsal etmələri və həmin məhsulları vəhhabilərə satmaları ilə bağlı deyilənlər bazardakı rəqiblərinin qara piarıdır:
“Qeyd ediblər ki, guya firmamızın da adı dəyişib. Müəssisəmizin adı “AY-MİN” MMC-dir. Sadəcə olaraq “Flaqman” istehsal etdiyimiz məhsullardan birinin adıdır və çeşidlər arasında ən populyar, daha çox sevilən marka olduğuna görə belə bir fikir formalaşıb ki, biz müəssisənin adını dəyişərək “Flaqman” qoymuşuq.

İstehsalımız və satış strategiyamız hansısa bir qrupa yox, bütün alıcı təbəqəsinə hədəflənib. Təkcə Bakı şəhərində yox, Azərbaycanın demək olar ki, bütün bölgələrinində məhsulumuzu alıcılara təqdim edirik. Bizim haqqımızda yaranan fikir tamamilə yanlışdır. Vəhhabilərlə bizim heç bir bağlılığımız yoxdur”.
Şirkət təmsilçisinin sözlərinə görə, müəssisə halal məhsul istehsal etmir:

“2005-ci ildən halal məhsulların istehsalını dayandırmışıq. Bütün dünyada qəbul olunan reseptlə məhsullarımızı istehsal edirik. Qiymətlər barədə yayılan məlumatlar da şayiədən başqa bir şey deyil. Biz çalışırıq, qiymətləri daha ucuz təklif edək ki, rəqabətli bazarda daha çox məhsul sata bilək”.

Xatırladaq ki, Xırdalanda fəaliyyət göstərən “AY-MİN” MMC adlı kolbasa istehsalı ilə məşğul olan müəssisə ilə bağlı redaksiyamıza məlumatlar daxil olmuşdu. Bildirilirdi ki, firma vəhhabilər üçün hər həftənin bir günü xüsusi halal kolbasa istehsalını həyata keçirir və məhsullar hər həftənin cümə günü vəhhabilərə çatdırılır. Halallıq zəmanəti verilən həmin kolbasaların bahalı və çox dadlı olduğu vurğulanır. Odur ki, vəhhabilər üçün istehsal edilən kolbasaya böyük tələbat olsa da, vətəndaşlara satılmadığı bildirilirdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.