“Müharibədə üstünlüyü ələ almaq və qələbə qazanmaq üçün Azərbaycan ordusunun kifayət qədər imkanı var.” -KXCP Sədrinin müavini Xəzər Teyyublu düşmən Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına münasibət bildirərkən belə deyib.
Teleqraf.az-a acıqlamasında Xəzər Teyyublu bildirib ki, “Müharibədə üstünlüyü ələ almaq və qələbə qazanmaq üçün Azərbaycan ordusunun kifayət qədər imkanı var. Sadəcə uzun-uzadı mənasız danışıqlar və regionda əleyhimizə olan siyasi durum Qarabağ məsələsində olduqca ehtiyatlı davranmaq vəziyyətinə gətirib. İqtidar Milli Ordunun hərbi potensialını artırmalıdır. Erməni helekopterinin vurulması insalarımızda ruh yüksəkliyi yaradır. Hərbiçilərimizi bu şücaətlərinə görə təbrik edirəm.”