“Aztelekom” rəhbəri haqda müdhiş dosye

12-11-2014, 22:20   
“Aztelekom” rəhbəri haqda müdhiş dosye
Məhəmməd Məmmədovun obyektləri, antik əşya sevgisi və bu qəbildən olan digər ilginc məlumatlar
O, hər zaman ölkə mediasının diqqət mərkəzində olub. Bu diqqət bir tərəfdən tutduğu yüksək posta media diqqətidirsə, digər səbəb də özünün şəxsi keyfiyyətləridir. Belə ki, istər idarəçilikdə yol verdiyi ciddi nöqsanlar, istərsə də medianın hər zaman böyük önəm verdiyi vərdiş və xobbiləri onu diqqət mərkəzinə gətirib. Söhbət, “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovdan gedir. Savash.org bu yazıda Məhəmməd Məmmədovun “portretini cızmağa” çalışacaq. Beləliklə…
Qısa tanışlıq..
Məhəmməd Əsgər oğlu Məmmədov 1957-ci ildə may ayının 9-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Bulqan kəndində anadan olub. 1979-cu ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakultəsini “Avtomatik elektrik rabitəsi” ixtisası üzrə bitirib.
Həmin ildən rabitə sahəsində çalışan M.Ə. Məmmədov elekrtik mexaniki vəzifəsindən başlayaraq mühəndis, böyük mühəndis, stansiya xidmətinin rəisi, Telefon Qovşağının Baş mühəndisi, Layihə-Axtarış kontorunun rəisi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş mühəndisi və rəisi vəzifələrində işləyib.
04.05.2004-cü il tarixdən “Aztelekom” İB-nin baş direktoru təyin edilib.
Yaxın adamlarını tez-tez İrana nə üçün göndərir?
Əldə etdiyimiz informasiyalarda iddia olunur ki, Məhəmməd Məmmədov bahalı antikvar əşyalar həvəskarıdır və həmin əşyaların alınması üçün küllü miqdarda vəsait xərcləyir. Məlumatlarda bildirilir ki, Məhəmməd Məmmədovun adamları ona Təbriz və İstanbuldan həvəskarı olduğu antik əşya və xalçalar daşımaqla məşğuldurlar.
Qeyd edək ki, ölkənin ən böyük rabitə müəssisəsi olan «Aztelekom» İstehsalat Birliyi dövriyyəsinə görə də, nəhəng şirkətlər arasındadır. Elə buna görədə bu müəssisəyə xarici investorların marağı həddindən artıq çoxdur. Hətta Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəfələrlə bəyan edib ki, müraciət edən xarici şirkətlərin sayı hər il artır. Di gəl, bütün bunlara rəğmən, özəlləşdirmə üçün hazır olmadığı deyilən müəssisənin rəhbərliyi daha çox pul qazanmaqla məşğuldurlar. Yəni onlara buranın özəlləşdirilməsi deyil, elə bu şəkildə qalması sərf edir.
Pullar necə “silinir”?
Məlumata görə, “Aztelekom”un direktoru Məhəmməd Məmmədov rəhbərlik etdiyi quruma daha çox özünün şəxsi obyekti kimi baxır. Elə buna görədir ki, müxtəlif vasitələrdən yararlanaraq, hətta investisiya məqsədi ilə ayrılmış pulları da rahatlıqla ələ keçirməyi bacarır. Belə ki, hər il Məhəmməd Məmmədovun rəhbərlik etdiyi müəssisəyə 25-30 milyon manat investisiya yatırılır. Bu pulların müxtəlif layihələrə sərf olunduğu qeyd olunsa da, real rəqəmlərlə mövcud işlər arasında tərs mütənasibliyin olduğu deyilir. Məsələn, rabitə sahəsində görülən və görüləcək işlərin smetası hazırlanan zaman rəqəmlər ən azı 3 dəfə şişirdilər. Bu yaxınlarda ümumi həcmi ekspertlər tərəfindən 5 milyon manat dəyərləndirilən layihəyə 20 milyon manatın ayrılması həmin əməliyyatın nümunələrindən biridir.
Türkiyədə də mülkləri var
Qeyd olunur ki, Məhəmməd Məmmədov davamlı olaraq Türkiyəyə gedərək, orada istirahət edir. Amma bütün bu səfərlərin işgüzar səfər adı altında həyata keçirilməsi başqa mətləblərdən xəbər verir.
İddialara görə, «Aztelekom»un direktorunun Türkiyəyə səfərinin arxasında həqiqətən də işgüzar maraqlar dayanır. Lakin bu işgüzarlığın qətiyyən rəhbəri olduğu müəssisə ilə bağlılığı yoxdur. Çünki M.Məmmədovun İstanbul və Antaliyada təkcə evləri yox, həm də bir neçə heç də kiçik olmayan dükanlarının varlığı barədə bilgilər var. Məlumatlarda da deyilir ki, müəssisənin direktoru ildə bir neçə dəfə bu şəhərlərə yola düşərək, oradakı dükanlarını verdiyi adamlardan icarəhaqlarını toplayaraq, geri dönür. Maraqlı məqamlardan biri də odur ki, Məhəmməd Məmmədov rəhbəri olduğu qurumdan əldə etdiyi pulları heç də boşuna sərf etməyi xoşlamır. Ona görə də, Türkiyədə sərmayədarlıq etdiyi kimi, Azərbaycanda da bəzi obyektlər açıb.
Verilən məlumatlarda vurğulanır ki, M.Məmmədovun Qubada restoranı və moteli mövcuddur. “Avand” İstirahət Mərkəzi isə paralel olaraq həm restoran, həm də motel kimi fəaliyyət göstərir.
Növbəti yazımızda isə “Aztelekom” İstehsalat Birliyində baş verən və indiyədək gizlədilməsi mümkün olan şok maxinasiyalara işıq salmağa çalışacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.