Bakı Tikiş Evinin direktoru Rəhimov Fədai Azərbaycan ordusuna büdcədən ayrılmış pul vəsaitlərinə özünün qazanc mənbəyi kimi baxıb
Müharibə şəraitində olan Azərbaycanda ordunun güclənməsi və rifah halının yaxşılaşması dövlətin əsas prioritet məsələsidir. Uzun illər orudunun məsuliyyəti sabiq müdafiə naziri Səfər əbiyevin üzərində olmuş və ordunun qidalanması, geyim ləvazimatları Azərbaycan ordusunun dünya standartına uyğun olması üçün bütün imkanlardan istifadə edilməsi ona tapşırılmışdı. Amma Bakı Tikiş Evinin direktoru Rəhimov Fədai Azərbaycan ordusuna büdcədən ayrılmış pul vəsaitlərinə özünün qazanc mənbəyi kimi baxır.
Azərbaycan ordusuna keyfiyyətsiz, ucuz başa gələn Çin parçalarından istifadə etməsi birbaşa Azərbaycan Ordusunun qışda donmasına, yayda isə istidən əziyyət çəkməsinə gətirib çıxarırdı. Ona görə də Müdafiə Nazirliyinin komissiyalarının üzvlərini aldatmaq üçün etolon nümunələrini Türkiyə parçalarından hazırlayıb Tender komissiyasına təqdim edirdi. Bununla bağlıanaxeber.info-a daxil olan məlumata görə qiymətləri bir neçə dəfə artırmaq şərti ilə saxta keçirilən tenderlərin qalibi olurdu. Abşeron rayonunda yerləşən Xırdalan Dəri Xəz Fabriki də o vaxtlar tenderdə iştirak etmək üçün bütün lazımi geyim sifarişlərini dövlət standartlarına uyğun hazırlayıb tender komissiyasına təqdim etmişdir. Təəssüflər olsun ki, Bakı Tikiş Evinin nümunələri Rəhimov Fədainin səyi nəticəsində keçirilən tenderdə qalib elan olunmuşdur. Xırdalan Dəri Xəz Fabrikinin qalibi hörmətli prezidentə və müdafiə nazirliyinə teleqram vuraraq Rəhimov Fədainin çirkli əməllərini üzə çıxarmışdır.
Səfər Əbiyevin müdafiə naziri olduğu dönəmdə ona ordunun geyim ləvazimatlarının tenderinin necə keçirilməsini araşdırıb və təcili surətdə qanunu pozan hərbçilərin cəzalandırılması tapçırıldı. Səfər Əliyev tenderdə iştirak edən hərbçiləri qanun pozuntusuna görə tutduğu vəzifədən azad edib ali baş komandana məruzə etmişdir. Müdafiə Nazirliyinin tenderinin qalibi Xırdalan Dəri Xəz Fabriki olduğu bildirilmişdir. Beləliklə, Rəhimov Fədai Rəşad oğlunun fikirləşib çəkdiyi plan puç olmuşdur. Bununla sakitləşməyən Rəhimov Fədai uzun illərdir ki, Müdafiə Nazirliyinin sifarişlərini çirkli yolla, yəni bir çox firmalar açaraq Müdafiə Nazirliyinin tender komissiyalarını çaşdırmaq məqsədini güdərək saxta laboratoriya rəyi əsasında firmalarının birinin qalib elan olunmasına nail olur. Çünki qalib elan olunan firmanın bütün sifarişlərini Bakı Tikiş Evi yerinə yetirir.
Yuxarıda qeyd etdiyimiz kimi, Müdafiə Nazirliyinin ordusunun sifarişləri ucuz, keyfiyyətsiz Çin parçalarından hazırlanır. Bunun nəticəsində orduda qulluq edən əsgərlər dəri xəstəliyi, göbələk xəstəliyi və başqa xəstəliklərə tutulurdular. Hal-hazırda dünyada neftin qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycan neftinin qiyməti büdcədə nəzərdə tutulmuş qiymətdən də aşağı düşə bilər. Büdcədən Müdafiə Nazirliyinə ayrılan pul vəsaitlərini çox ciddi şəkildə qorumaq lazımdır ki, Azərbaycan ordusu daha da güclənsin və xalq öz arzusuna çatıb düşmən üzərində qələbə çalsın. Ona görə keçirilən tenderlər dəqiqliklə araşdırılıb yoxlanılmalıdır. Məsələ ilə bağlı cumhiriyyet.az-ın araşdırmaları onu göstərir ki, R. Fədai çirkli əməlləri ilə Azərbaycan ordusunun büdcədən ayrılan pul vəsaitlərini talamaqla məşğuldur. 2015-ci il tenderini saxtalaşdırıb qalib olmaq üçün cürbəcür planlar çəkir ki, birbaşa müqavilə ilə bu 18 lotu ələ keçirsin. Ona görə də uzun illər boyu yoxlamalar zamanı orduda aşkar olunan nöqsanlara görə Müdafiə Nazirliyinin hərbçiləri cəzalandırılıb işdən azad olunurlar. Bunun əsas səbəbkarı Bakı Tikiş Evinin direktoru R. Fədaidir. Əfsuslar olsun ki, hələ uzun illərdir işlədiyi vaxtda R.Fədai ordunun pul vəsaitlərini mənimsəməkdə davam edir. Buna misal olaraq 2015-ci ildə birdəfəlik müqavilə ilə
Bakı Tikiş Evi ilə Müdafiə Nazirliyi arasında 18 lota tərtib olunan müqavilələri göstərmək olar:
Qış paltosu; Matroslar üçün gödəkcə və şalvar; Kursantlar üçün qollu köynək və şalvar; hərbi hava qüvvələri üçün kostyum; tank heyəti üçün kombinizon; kitel və şalvar üçün qış parçası; komufulyaj parça; süni xəzdən qulaqlı papaq; uzunqol köynək; iplik dəsmal; xovlu dəsmal; bel kəməri; qazança; qış uzunboğaz çəkməsi; keçə çəkmə; pambıq döşək; yarıyun ədyal; döşək ağı; yay səhra kostyumu (fraşka ilə); qış səhra kostyumu (fraşka ilə); istiləşdirilmiş gödəkcə; istiləşdirilmiş şalvar.
Bu lotların hamısı birbaşa müqavilə ilə Bakı Tikiş Evinə və onun firmalarına verilmişdir. Bununla da Rəhimov Fədai Rəşad oğlu öz çirkin əməllərini həyata keçirməyə nail olmuşdur.