[media=http://www.youtube.com/watch?v=xS7ya3zuJvc]
Son zamanlar sürücülər tərəfindən yol patrul xidməti əməkdaşlarının fəaliyyətinin video şəklində qeydə alınaraq sosial şəbəkələrdə yerləşdirilməsi halları artıb. Sanki sürücülər bu videoları bir növ öz müdafiəçiləri kimi görürlər. Bəs görəsən bu görüntülərin çəkilməsinə zərurət nədir və belə görüntülərin çəkilməsi nə qədər qanunidir ?
yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, DYP əməkdaşı biləndəki bunun səsi yazılır, video görüntüsü alınır. Bu təbii ki çalışacaq ki, maksimum dərəcədə qanunlara riayyət eləsin. Təlimatdan kənara çıxmasın. Polisin yuxarı orqanları yuxarı vəzifəli şəxslərinə də faydalıdı ki, əməkdaşların fəaliyyətində bunun əsasında qiymətləndirmək olar.”
Hər hansı bir şəxsin icazəsi olmadan onun video və şəklinin çəkilməsi, səsinin yazılması şəxsi həyata müdaxilə sayılır və qanunla qadağandır. Ancaq bu görüntülər polis işdə olduğu zaman qeydə alındığından şəxsi həyata müdaxilə kimi qəbul edilmir...
Müxtəlif avadanlıqlar vasitəsi ilə bu tip görüntülərin lentə alınmasında heç bir qanun pozuntusu yoxdur. Əksinə, bu görüntülər kimin haqlı kimin haqsız olduğunu ortaya qoyur. İzlədiyimiz əksər görüntülərdə isə polis əməkdaşlarının məhz çəkildiyinə görə sürücünü cərimələmədiyini görürük. Buna səbəb isə həmin görüntülərdəki polis əməkdaşlarının qanunu yaxşı bilmədiyini göstərir.
Baş Dövlət Yol Polis İdarəsindən bildirilir ki, sürücülər tərəfindən qeydə alınan görüntülər təqdim olunarsa, hətta sübut kimi də istifadə edilə bilər. Ancaq bəzən yol polisini çəkməklə onun işinə mane olanlar da çıxır. Yol polisi haqqında təlimatda göstərilir ki, yol polis əməkdaşları avtomobili saxlayarkən, protokol tərtib edərkən öz maşınındakı kameranın görünüşü məsəfəsində etməlidir və sürücü ilə danışıqlar polis avtomobilindəki cihaz vasitəsi ilə qeydə alınmalıdır.