İsa Məsih və Mariya Maqdalena evli olub.
Axar.az Obozrevatel.com-a istinadən xəbər verir ki, belə bir nəticəyə “İtmiş İncil” kitabında professor Barri Uilson və yazıçı Simşa Yakoboviç gəlib.
Müəlliflər kitabın yazılması üçün Britaniya muzeyində tapdıqları kitabdan istifadə ediblər. Əlyazma aramey dili ilə dolayısı ilə bağlı olan suryanicə yazılıb. VI əsrə aid olan mənbə bundan öncə 1847-ci ilə qədər Misirdə Müqəddəs Makariya monastırında olub və daha sonra Britaniya muzeyinə gətirilib. Professor Uilson tərcümə etdiyi əlyazmada dəfələrlə İsa Məsihlə Maqdalenanın evli olduğu və bu nikahlarından iki uşağın dünyaya gəldiyi yazılıb.