Hüseyn Abdullayev yenə sükutu pozdu VİDEO

13-11-2014, 10:36   
Hüseyn Abdullayev yenə sükutu pozdu VİDEO
Sabiq deputat «Susma»dan sonra «Gözün aydın» adlı etiraz dolu şeirlə gündəmi zəbt etdi

Keçmiş deputat, hazırda mühacirətdə yaşayan Hüseyn Abdullayev rezonans doğuracaq yeni bir əsərini paylaşıb. O, “Facebook” səhifəsində “Gözün aydın” adlı şeirini öz ifasında yerləşdirib. Şeirlə bağlı Hüseyn Abdullayev bunları yazıb:

“Bu şeiri yazarkən çalışmışam ki, Azərbaycandakı real vəziyyəti izah edim. Ümid edirəm ki, bu şeir vasitəsilə qəlbimizdəki bir çox hisslər bizi birləşdirəcək”.

Şeir siyasi motivli və etiraz ruhundadır. Şeiri təqdim edirik:

Xəyalların darmadağın, torpaqların yad əlində

Övladların qəlbi sınıq, üzü gülmür, gör nə gündə

Kimi yoxsul, kimi miskin, kimi dustaq

Düşdüyümüz hala bir bax!

Gözün aydın, Azərbaycan, bax sevin!

***

Öz qoynunda bəsləmisən ilanı

Səni sancır, içir sənin qanını

Bizi sənə, səni bizə - düşmən edib hamını

Kimi sınmış, kimi yorğun, kimi dustaq

Düşdüyümüz hala bir bax!

Gözün aydın, Azərbaycan, bax sevin!

***

Dost olmusan zülmkarla, yalanmı?

Anaların haray çəkib qan ağlar, yalanmı?

Unutmusan səni sevən bizləri

Kimi bezmiş, kimi sürgün, kimi dustaq

Düşdüyümüz hala bir bax!

Gözün aydın, Azərbaycan, bax sevin!

Hüseyn Abdullayev bundan əvvəl “Susma” klipi ilə gündəmə gəlmişdi. Həmin klip eyni adlı mahnıya çəkilmişdi. Bu mahnı da siyasi motivli və etiraz ruhunda idi.[media=http://www.youtube.com/watch?v=bxD_0r1y51E]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.