12 noyabr tarixində Ermənistana aid Mi-24 tipli helikopterinin Azərbaycan silahlı qüvvələri tərəfindən məhv edilməsini politoloq Vladimir Belyayev sarsıdıcı hadisə kimi qiymətləndirib.
ANS PRESS-in məlumatına görə, politoloq bildirir ki, atəşkəs qəbul olunduğu 1994-cü ildən bu günə kimi 2014-cü il tərəflərin nəinki rekord sayda itkisi, eləcə də bahalı hərbi texnikanın məhvi ilə də yadda qalır.
Buna əsasən, Belyayev insidenti təmas xəttində baş verəcək növbəti gərginliyin başlanğıc nöqtəsi kimi qiymətləndirir.
Lakin Belyayevin şərhinin fərqi onun daha bir maraqlı məqama toxunmasıdır. O bildirir ki, hərbi texnikanın erməni Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə təlimləri zamanı vurulması Ermənistanın nəinki hərbi, eləcə də Dağlıq Qarabağdan propoqanda kimi istifadə edən siyasi imicinə böyük zərbədir. Axı "Qarabağ arqumenti" hazırki hakimiyyətin daxili siyasi mübarizədə, uzanan sosial-iqtisadi krizisi kompensasiya etdirən əsas bəhanəsidir.
Belyayev bildirir ki, bu səbəbdən erməni tərəfinin itkiyə, qarşı tərəfin itkisiylə cavab vermə cəhdlərinin olması güman edilir ki, gələcək günlərdə erməni ordusunun Azərbaycan mövqelərinə qumbaraatanlarla hücumları olması mütləqdir.
Belyayev bildirir: "Lakin insidentə baxış zamanı səbəbi baş verənlə çaşdırmayaq. Erməni hərbi aviasiyasının Azərbaycanın heç keçmiş Muxtar vilayətə aid olmaya işğal olunmuş ərazilərində manevrləri son dərəcə riskli bir davranışdır. Qeyd etmək lazımdır ki, bəzi KİV-lərdə dərc edilən "Dağlıq Qarabağ ərazisində vertolyotun vurulması" xəbəri tam dəqiq deyil. Məsələ bundadır ki, Ağdam heç vaxt Dağlıq Qarabağa aid olmayıb. Hətta hazırki prezident Serj Sarkisyan da bir neçəə dəfə "Ağdam bizim torpağımız deyil" bildirir. Bəs əgər Ermənistan prezidenti belə Ağdamın Azərbaycana aid olduğunu təsdiq edirsə, buradan qanunauyğun sual doğur ki, erməni ordusu niyə orda təlim keçirir?"
Belyayevin toxunduğu daha maraqlı məqam isə bunlardır: "İndi isə baş verən hadisələrdən əlimizdə olan quru qalıqlara nəzər salaq. Artıq tam şəkildə demək olar ki, bu ilin avqustunda gərgin döyüşlərdən sonra yaranan nisbi sakitlik sona çatdı. Açıq görünür ki, Vladimir Putinin 10 avqustda İlham Əliyev və Serj Sarkisyanı Soçiyə çağıraraq tərəfləri sakitləşdirməyə yönəlik diplomatik səyi azmüddətli oldu. Rusiyanın siyasi avtoritetinə sığınan regionda olan bütün sakitlik dönəmi yalnız ilk provokasiyaya kimidir.
12 noyabrda bu tip provokasiya isə erməni aviasiyasının Azərbaycan mövqeləri üzərində uçuşu oldu. Beləliklə ATƏT-in Minsk qrupunun toxunulmazlığına israr etdiyi status-kvoya, "Qarabağ bombası"nın partlaması təhlükə yaradır. Buna görə də problemin həllinin sistemli və uzunmüddətli resepti təklif edilməyənə kimi, vuruşan tərəflərin qaçınılmaz itkilərə hazır olması lazımdır".