Dünən sərhədimizi pozan erməni helikopterinin ordumuz tərəfindən vurulmasına Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov da münasibətini açıqlayıb.
Miaz xəbər verir ki, mərkəz rəhbəri Rufiz Qonaqov ermənilərin məkrli hücumlarına hər zaman belə layiqli cabab veriləcəyinə inandığını açıqlayıb:
"İşgalçı Ermənistanın Azərbaycanın hava məkanında helekopterinin vurulması bir daha Milli Ordumuzun gücünü düşmənə nümayiş etdirdi. Belə təxribatlar hansı məqsədlə edilirsə edilsin, ermənilər öz layiqli cavablarını beləcə alacaqlar. İşgal altındakı ərazilərini azad etmək Azərbaycanın əsas hədəfidir. Azərbaycan Ordusunun qəhrəman ogullarına eşq olsun!".