Fövqəladə hallar naziri Kəmaləddin Heydərova Nazirliyin İstintaq şöbəsində baş verən qanunsuzluqlarla bağlı - ŞİKAYƏTNAMƏ

13-11-2014, 15:00   
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova Nazirliyin İstintaq şöbəsində baş verən qanunsuzluqlarla bağlı - ŞİKAYƏTNAMƏ

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova Nazirliyin İstintaq şöbəsində baş verən qanunsuzluqlarla bağlı - ŞİKAYƏTNAMƏ

Hörmətli cənab nazir! Ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində qəti addımlar atılmış, güclü hüquqi baza yaradılmışdır. Tam əminliklə söyləmək olar ki, bu gün Azərbaycan dövləti bütün sahələrdə vətəndaşların hüquqlarının qorunmasına ən yüksək səviyyədə təminat verir. Lakin, təəssüflər olsun ki, bir çox məmurlar öz vəzifə səlahiyyətlərindən istifadə edərək bəzən qanunları tapdalamaqdan belə çəkinmirlər. Bu isə öz növbəsində vətəndaşların hüquqlarının pozulması ilə müşayiət olunur.

Müxtəlif vasitələrlə öz məqsədlərini reallaşdırmağa çalışan, başqalarının qanuni hüquqlarını tapdalamaq hesabına qanunsuz əməllərini reallaşdırmaq istəyən şəxslərdən biri də vətəndaş Tamara Əliyevna Həmidovadır. Adı müxtəlif qanunsuz torpaq qalmaqallarında hallandırılan T. Həmidova artıq keçmiş əməllərini pərdələmək, iz itirmək məqsədi ilə soyadını, hətta övladının belə soyadını dəyişdirməkdən çəkinməyir. Belə ki, uzun müddət Tamara Əli qızı Həmidova kimi tanınan bu xanım qəflətən Tamara Əliyevna Həmidovaya, oğlu Ağarəhimov İlqar Ağarəhim oğlu isə Ağarəhimoviçə çevrilib. Bu “dəyişikliyin” isə səbəbi birdir: nəyin bahasına olursa olsun, öz qanunsuz əməllərini həyata keçirmək və əvvəlki cinayətlərini, haqqında çıxarılmış məhkəmə qətnamələrini pərdələmək məqsədinə nail olmaqdır.

Nəzərinizə çatdıraq ki, Həmidov Cəlal Əli oğlu qəyyumu Həmidova Tamara Əli qızı (Əliyevna) ilə birlikdə Bakı şəhəri, Çobanzadə küçəsi 30 C ünvanında Bakı şəhərinin şərq zonasını içməli su ilə təchiz edən, diametri 1200-1400 mm olan magistral su kəmərlərinin üzərində qanunsuz olaraq fərdi yaşayış evi və digər tikililər inşa edib. Cinayət işi üzrə təyin edilmiş ekspertizalar üzrə 05 avqust 2014-cü il tarixli, 13667 nömrəli ekspert rəyinə və mütəxəssis araşdırması barədə 07 noyabr 2014-cü il tarixli 17-3/1473 saylı arayışa əsasən qeyd olunan fərdi yaşayış evinin digər tikililərin həqiqətən magistral su kəmərinin üzərində tikilməsi tam sübuta yetirilib.

Göstərilən fakt üzrə AR cinayət MƏCƏLLƏSİNİN 222-2.1-ci maddəsi ilə 140080036 nömrəli cinayət işi açılmışdır. İş üzrə təqsirləndirilən şəxs qismində Həmidova Tamara Əli qızı (Əliyevna), zərərçəkmiş şəxs qismində isə “Buxar” KM tanınmışdır.

Yuxarıda sadaladığımız faktlardan və təkzibolunmaz dəlillərdən də aydın olduğu kimi, Tamara Həmidova öz şəxsi maraqları naminə qanunlara məhəl qoymadan paytaxtın böyük bir qisminin su təchizatını təhlükə altında qoyur. T. Həmidova heç bir əsası olmadan dövlət tərəfindən ona fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış ərazidə deyil, AR Torpaq Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq tikinti aparılması qadağan olunan, mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədilə qısa müddətli istifadəsi mümkün olan ərazidə tikinti işləri aparmışdır. Beləliklə, Tamara Həmidova mühüm dövlət əhəmiyyəti kəsb edən magistral kəmərin üzərində tikinti aparmaqla kifayətlənməyərək qonşuluqda yerləşən “Buxar” KM-nin də ərazisini zəbt etmişdir.

Cənab nazir! Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, aparılmış bütün yoxlamalar, istintaq tədbirləri tamamilə vətəndaş Tamara Həmidovanın cinayətlərini ortaya çıxarıb. Lakin, indiyə qədər bu qanunsuzluqlara hələ ki, son qoyulmayıb. Aldığımız məlumatlara əsasən, FHN İstintaq İdarəsi və şəxsən Elçin Əsədov təkzibolunmaz faktlara baxmayaraq T.Həmidovanın cinayətkar əməllərini ört-basdır etməkdə yardımçı olur. Maraqlıdır ki, aparılmış bütün araşdırmalar, təhqiqatlar T. Həmidovanın cinayət əməlləri törətdiyini təsdiq etdiyi halda Elçin Əsədov hansı əsaslarla və yaxud hansısa maraqları naminə onu himayə edir? Əgər sabah paytaxtın böyük qismini su ilə təchiz edən magistral kəmərdə hər hansı qəza baş verərsə, adlarını çəkdiyimiz şəxslər bunun məsuliyyətini daşıyacaqlarmı? Hər halda Elçin Əsədov ilk növbədə qanunların aliliyini qoruma prinsiplərinə hörmətlə yanaşmalı, hər hansı maraqlarını deyil, dövlətin maraqlarını hər şeydən üstün tutmalıdır.

İnanırıq ki, şəxsən bu faktı nəzarətə götürəcək, günahkarların layiqli cəzalarını almasına yardımçı olacaqsınız.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.