Xocalı cəlladı, Ermənistanı ələ keçirmiş “Qarabağ” klanının üzvü Ermine Naqdalyan Ağdamda Ermənistan helikopterinin vurulması ilə bağlı Azərbaycanı hədələyib.
hazırda Ermənistan parlamentinin vitse-spikeri kürsüsünə oturdulmuş Ermine Naqdalyan Azərbaycanın cavab atəşi alacağını deyib. O, Azərbaycanın ərazisini işğal etmiş Ermənistan ordusuna qarşı çıxmasını vəziyyəti gərginləşdirmək kimi dəyərləndirib.
1991-1994-cü illərdə sovet rəhbərliyinin himayəsi ilə Dağlıq Qarabağa yerləşdirilərək yerli əhaliyə divan tutmuş, Xocalıda və başqa kəndlərdə soyqırım törətmiş erməni batalyonunun üzvü olmuş bir cəlladdan yalnız belə açıqlama gözləmək olardı. Yəni onun fikrincə, Azərbaycan xalqı düşmənə müqavimət göstərməməlidir və işğalçı erməni cəlladlar axıra qədər azərbaycanlıları qırıb soyunu tükətməlidirlər.