Dünyanın ən nüfuzlu ölkəsi məlum oldu

13-11-2014, 15:49   


Almaniya dünyanın ən qabaqcıl ölkələri sıralamasında ABŞ-ı geridə qoyub.

Axar.az xəbər verir ki, 20 fərqli ölkədən 20 min adamın iştirakı ilə keçirilən sorğu nəticəsində məlum olub ki, Almaniya dünyanın ən nüfuzlu ölkəsidir.

Sorğu 23 fərqli kateqoriyada keçirilib və bütün kateqoriyalarda Avropanın lokomotivi ilk sırada yer alıb. Ötən ilin lideri ABŞ bu dəfə ikinci olub. İngiltərə, Fransa, Kanada, Yaponiya, İtaliya, İsveçrə, Avstraliya və İsveç isə ilk onluğu tamamlayıb.

Sorğu nəticəsində ən çox geriləyən ölkə Rusiya olub. Üç pillə geriləyərək 25-ci sırada yer alan bu ölkənin geriləməsinə səbəb kimi Krımın işğalı və Ukrayna böhranı göstərilib.

Xatırladaq ki, 2009-cu ildən bəri hər il bu qəbildən olan sorğularda ABŞ birinci olurdu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.