Ukraynanın “Motor Siç” şirkəti Rusiyanın qanadlı raketləri üçün mühərrik istehsalını dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya “Taktiki Raket Silahlanması” korporasiyasının direktoru Boris Obnosov məlumat verib.
Onun sözlərinə görə, Ukrayna tərəfi bütün istiqamətlərdə əməkdaşlığı dayandırıb.
Obnosov bildirib ki, mühərriklərin çatdırılması yalnız iki ölkə rəhbərliyi arasında siyasi qərarların qəbul olunmasından sonra baş verə bilər.