Bin Ladeni vurarkən arvadının arxasında gizlənibmiş

13-11-2014, 17:25   
Bin Ladeni vurarkən arvadının arxasında gizlənibmiş
"Əl-Qaidə" şəbəkəsinin öldürülmüş lideri haqda yeni iddia

Dünya ""Əl-Qaidə" şəbəkəsinin lideri Üsamə Bin Laden öldürülərkən arvadının arxasında gizlənib".

ANS PRESS-in məlumatına görə, bunu ABŞ "suiti" adlı xüsusi təyinatlı qrupun sabiq hərbçisi Rob Onil bildirib. Onil ABŞ telekanalında yayımlanan sənədli filmdə danışıb.

O qeyd edib ki, Bin Laden ölüm anında arvadının arxasında durub və onun çiyinindən tutmuşdu: "Bu şəxs mənim televizorda sifətini min dəfə gördüyüm həmin adam idi. Mən onun başına üç dəfə atəş açdım. O ölümündən öncə heçnə danışmayıb. Biz terrorçunun olduğu sığınacaqdakı bütün qadınları sağ-salamat oradan çıxardıq".

Qeyd edək ki, Pakistanda "bir nömrəli terrorçu" olan Üsamə bin Ladeni güllələyən şəxsin kimliyini Britaniyanın "Daily Mail" müəyyən etmişdi. Bu, sabiq hərbçi, 38 yaşlı Rob Onil olub.

Nəşrin məlumatına görə, Onil 2011-ci il mayın 2-də Pakistanın Аbbotabad şəhərində xüsusi əməliyyat zamanı "Əl-Qaidə" liderinin başına üç dəfə atəş açdığı üçün təltif edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.