Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İllarionov: “Putin qısa müddətdə qərar verməlidir”

13-11-2014, 18:37   
İllarionov: “Putin qısa müddətdə qərar verməlidir”

“Putin Şərqi Asiya və Avstraliyaya səfəri səbəbindən Ukrayna ilə münaqişədə taktiki fasilə verib”.

Axar.az xəbər verir ki, bunu Vladimir Putinin keçmiş müşaviri Vladimir İllarionov söyləyib. O, G20 sammitindən sonra Ukraynada yenidən gərginliyin artacağını bildirib:

“Bu fasilə qismən ABŞ Konqresindəki seçkilərin nəticələri ilə bağlı ola bilər. Lakin daha çox Putinin Şərqi Asiya və Avstraliyada baş tutacaq G20 sammiti ilə əlaqədardır. Aydındır ki, Putinin xarici liderlərlə görüşü zamanı Ukraynada vəziyyətin kəskinləşməsinin danışıqlar üçün əlverişsiz fon yaradacağı barədə qərar qəbul edilib. Danışıqlar başa çatandan sonra biz yenidən Ukraynada gərginliyin artacağının şahidi olacağıq. Putin qısa müddətdə qərar verməlidir: ya hərbçiləri daha da irəli yollamalı, ya da Ukraynadan geri çağırmalıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar