ABŞ-ın hava hücumundan sonra aqibəti bilinməyən İŞİD lideri Əbubəkr Əl-Bağdadiyə aid olduğu iddia edilən səs yazısı üzə çıxıb.
Axar.az xəbər verir ki, səs yazısında Bağdadi koalisiya qüvvələrinin uğursuzluğa düçar olduğunu bildirir.
Yutubda yayımlanan 17 dəqiqəlik səs yazısının Bağdadiyə məxsus oduğu iddia edilir və videonun 13.11 2014 tarixində yüklənməsi diqqət çəkir.
Bağdadi Mosulda elan etdiyi xilafətin artıq Səudiyyə Ərəbistanı, Yəmən, Əlcəzair və Misirdə yayıldığını söyləyib.