İrəvan “vertolyot təbliğatı”nın təlimatını Moskvadan alıb

13-11-2014, 22:06   
İrəvan “vertolyot təbliğatı”nın təlimatını Moskvadan alıb


“Hansı yana fırlayırsınız-fırlayın, yenə də hər şey gəlib Rusiyanın üzərində dayanır”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib. O, Moskvanın bu ilin avqust ayındakı toqquşmalarda da günahkar olduğunu bildirib:

“Ermənistanın belə bir provakasiyanı üç gün təkrar etməsi və Azərbaycanı dəfələrlə sınağa çəkməsi mümkün deyil. Azərbaycan üç gün dözdü və yalnız üçüncü gün iki vertolyotun işğal olunmuş ərazilərdən təmas xəttini keçib digər zonaya daxil olmasının qarşısını aldı. Rusiya narahatdır. Moskvanın avqustdakı üç günlük müharibədə də barmağı var idi. İndi bu vertolyot məsələsində də Azərbaycanı yenidən provakasiyaya çəkməyə cəhd edirlər. Burada da təlimat Moskvadan alınıb. Bununla bağlı Putinlə Ərdoğanın danışığını xatırlayıram. Putin sərhədləri o dərəcədəmi keçib ki, bu gün Ərdoğanı da, yeri gələndə Amerika prezidentini də hədələyə bilir? Rusiya Qərbin son günlər Cənubi Qafqazda artan fəallığını görüb bu prosesin qarşısını almağa çalışır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.