Alman yazıçı Hötenin sevdiyi qadın Ulrik NƏSRİN HƏSRİ layihəsində
Nəinki alman, eləcə də, dünya ədəbiyyatında yazıçı kimi müəyyən yer tutan Höte yaşadığı müddətdə digər sahələrdə də bacarığını sınayıb. Belə ki, o, həm siyasətçi, həm də rəssam kimi fəaliyyət göstərib. Eyni zamanda, təbiət elmləri ilə də maraqlanan yazıçı bu sahədə də araşdırmalar aparıb.
Hər üç növdə əsər yazan Hötenin 1774-cü ildə yazdığı “Gənc Verterin iztirabları” adlı əsəri bütün Avropaya səs salıb. Elə həmin ildə yazmağa başladığı “Faust” əsəri də onun şöhrətinə şöhrət qatıb. Adı Şillerlə birgə çəkilən Höte 1871-ci ildə – ölümündən sonra Almaniya Krallığında təltif olunub.
Təkcə yaradıcılığı ilə deyil, eləcə də, həyatı ilə yaddaşlarda iz buraxan yazıçının şəxsi həyatında qadınlarla olan münasibəti diqqətimizi çəkir. Onun Veymarda yaşadığı 10 il ərzində ən önəmli və yaddaqalan münasibəti saray xidmətçisi Şarlotta von Steyn ilə olub. Qarşılıqlı razılıq əsasında qurulmuş evlilikdən olan yeddi uşağından dördünü itirən Şarlotta Hötedən dörd yaş böyük olub. Onların səmimi sevgi hekayətlərindən günümüzə təxminən 2000 məktub və qeyd kağızı gəlib çatıb. Ancaq maraqlı burasıdır ki, Şarlottanın cavab məktubları əlimizə gəlib çatmayıb. Steyn bir pedaqoq kimi daim Höteni müşayiət edib, ona saray ədəb qaydalarını öyrədib, iç hüzursuzluğu məsələsində ona təskinlik verib, mənəvi ağrılardan qurtulmaq üçün kömək edib. Bunu yaşadıqları sevgiyə görə, yoxsa sadəcə, səmimi dostluq münasibətinə görə etdiyi də bəlli deyil. Bir çox yazar xanım Steynin, Hötenin cinsəl istəklərini qəbul etmədiyi deyir. Psixoanalitik Eyslerin Hötenin ilk cinsəl təcrübəsini 38 yaşında Romada yaşadığı iddiasına da bu gün çox adam inanır.
1786-cı ildə Hötenin İtaliyaya səfər etməsini bağışlamayan Şarlotta bu münasibəti bitirir. Lakin onlar ömürlərinin axırına qədər dost qalırlar. Böhrana girən Höte artıq özünün də Şarlotta ilə münasibəti istəmədiyini başa düşür, çünki saray yaşayışı onu çox yorurdu. Amma hər şeydən çox yoran onun fərdi böhranı idi. Artıq öz-özü ilə çarpışmada olan Höte yaşamaq üçün nə etməli olduğunu bilmirdi. Elə bu böhranı aradan qaldırmaq məqsədilə də həmin ilin sentyabrında İtaliyaya səfər edir. Bu barədə isə sadəcə, xidmətçisi Filippə xəbər edir. Lakin yazıçının səyahətinin dəqiq məqsədi bilinmir. “Gənc Verterin iztirabları” adlı məşhur əsərin müəllifi olan Höte rahatlığı üçün səyahətə saxta bir adla getmişdi. Romaya gedən yazıçı dörd ay gəzintidə olmuş, noyabra qədər orada qalmışdı. Burada o, Yunan-Roma sənətinin incəliklərini öyrənməyə çalışmış və bunun üçün araşdırma fürsəti tapmışdı. O, İntibah dövrü sənətinin nümayəndəsi Rafaelə və həmin dövrün rəssamı Andreya Pollodioya heyranlığını gizlətməmişdi. Eyni zamanda, insan anatomiyası üzərində də araşdırmalar aparmış Höte Siena, Florensiya, Milan şəhərlərində də olmuş və iki il sonra Veymara geri dönmüşdü. İtaliyadan qayıdandan bir neçə həftə sonra 23 yaşında olan Kristina Vulpius ilə münasibətləri başladı və eyni zamanda onu həyat yoldaşı olaraq qəbul etdi. 1789-cu ilin dekabrında oğulları Avqust dünyaya gəldi. Avqustdan sonra anadan olan dörd uşaqlarından hər biri, sadəcə bircə gün yaşadı. Hötenin içində olduğu Veymar mühiti aşağı təhsilli, qeyri-qanuni münasibətlər yaşamış bu qadını qəbul etməyib. Əksəriyyət tərəfindən bu cür reaksiya görən qadının üstəlik Höte ilə olan münasibəti haqqında gəzən söz-söhbətlər onu sıradan və yüngül əxlaqlı biri kimi tanıdıb. Höte isə Vulpiusun təbiiliyini və şən xarakterini sevmişdi. 1806-cı ilə – Kristianın ölümünə qədər Vulpisusla olan münasibətini davam etdirən Höte onunla evlənərək cəmiyyətin rəyini dəyişdirmişdi.
Uzun müddət davam edən xəstəlikdən sonra 1816-cı ildə Kristina ölür. Sevimli qadınının ölümündən sonra depressiyaya düşən Höte inzivaya çəkilir.
Höte ürək pərdəsi iltihabı xəstəliyinə tutulmuşdu. O, anası vasitəsilə tanıdığı Ulrik von Levetzova evlənmə təklifi etmişdi. O zaman Höte 71, Ulrik isə 17 yaşında idi. Qoca Höte bu evliliyin gerçəkləşməyəcəyini bilsə də, bu, onu istəmədiyi anlamına gəlmirdi. Hətta bu qız istəmə hadisəsi Ulrikin ailəsi üçün şərəf idi. Bu məlumatları Ulrikin xatirələri verir.
“Onun sayəsində nə qədər əzirdi, Ruhumu və bədənimi narahatlığın ağırlığı” – deyirdi Höte sevimli Ulrik haqqında. Onunla qovuşmamağın, ömrünün ikinci baharını yaşaya bilməməyin məyusluğunu Ulrikə həsr etdiyi “Marienbeder elegiyası” adlanan əsərində dərin hüznlə ifadə etmişdi. Bir çox ədəbiyyatçının, tənqidçinin fikrincə, bu şeir Höte yaradıcılığının zirvəsində dayanır:
“Görüşsəm də... O qönçə çiçəkdən,
Daha nə istəyə bilərəm yenidən?!
Cənnət və cəhənnəm səni gözləyir
duyğular qərarsızlıq dalğasında sarsılarkən.
Bitsin bu şübhələr artıq
Budur göy dayanıb qapında
Qaldırır yerdən səni qollarında
Budur cənnətə qəbul edildin,
Kaş ki dəysəydin əbədi gözəl həyata.
Artıq nə arzu, nə ümid, nə doğmalıq qaldı,
bütün cəhdlərlə buna çalışırdın.
Bənzərsiz gözəlliyi qarşında görəndə
yanğılı göz yaşlarının mənbəyi tükəndi.
Gün necə də sürətlə çırpdı qanadlarını
sanki zamanı önünə qatıb sürürmüş kimi.
Axşamkı öpüş də möhürdür dodaqlarda
sabahkı günəşin də görəcəyi sakit bir gəzintidə
zaman əkiz bacılar kimidir: bənzəyən və bənzəməyən.
Son öpüşün şirinliyi necə də kəskindir,
Doğrayır sevginin qüsursuz hörüklərini.
İndi öz yuvasından tələsik, təlaşlı qaçan
Alovlar içində bir mələk doğulur sanki.
Göz qaranlıq yola yorğun-yorğun baxır,
Çevrilib baxdı hələ də qıfıllıdır qapı.
İndi özünə belə bağlı olan bu ürək
Sanki heç açılmayıb... xoşbəxt anları
Göydəki bütün ulduzlarla yarışaraq
Onun yanında heç yaşamayıb
Usanıb, utanıb... hüznlü,
Qaranlıqlar içində unudub könlü.
Nə qaldı bu dünyada... sərt qayalar da
Müqəddəs kölgələrlə gizlədilmədimi?!
Varlıqlar yaşlanmadımı, çəmənliklər
bulaq və düzənlik boyunca uzanmadımı?!
Və kainat başqasının böyüklüyünü
ölçülü və ölçüsüz qübbələmirmi?!
Necə də aydınlıq, xəfif və incə,
Necə də aydınlıq və kövrək, xəfif və incə.
Ciddi buludlar xorundan altı qanadlı mələk.
Eynilə yuxarıdakı mavi göz
Buxar kimi qarışır maviliyə.
Beləcə gördün rəqslər içində sevincli
O sevgililər sevgilisini.
Təkcə bir neçə dəqiqə izin sənə
Onun yerinə bir xeyli tutub buraxmağa.
Ürəyinə geri dön, daha asan tapa bilərsən orda
Daha asan formalarda oynayarkən onu.
Dəyişkən formalarda oynayarkən onu.
Bir çox rəsm yaradır
Biri belə minlərlə dəfə və həmişə sevildi.
Qapılarda gözləyirdi qarşılayacaqmış kimi
Addım-addım xoşbəxt etdi məni.
Bir daha qaçdı son öpüşdən sonra
Bir son daha qondurmağa dodaqlarıma.
Necə də canlıdır indi xatirəsi,
İçimdə alovdan hərflərlə yazılıb sanki.
O könül ki özünü və sevdiyini qorumaq üçün
İçində dəhşətli qiyamətlər yaratmış
Onun yerinə də sevinc duyur bu eşqdən
Özünü tanıyır yalnız ona açanda qapılarını.
Beləcə, öz sərhədləri içində daha özgürdür
Və ürəyi də yalnız ona təşəkkür üçün döyünür
Sevmə gücü və ehtiyacı
Qarşılıqlı sevgiyə yox edildi.
Sevincli münasibətlər üçün ümidin nəşəsi
Qərar və hərəkət üçün tez tapıldı.
Eşq sevən üçün bir həyəcandırsa,
Mən ən gözəl nümunəsiyəm bunun.
Məni belə edən onun varlığıdır.
Necə sıxıcıdır. Necə ağırdır.
Ağıl və bədən üstündə istənməyən bir ağırlıq.
Tükürpədici xəyallar dolu
Ürək boşluğunun kimsəsizliyində.
İndi bayırda ümidin bilinən şəfəqi
Yansıyır Günəşin yumşaq aydınlığına.
Tanrının verdiyi hüzuru bu dünyada
Ağıldan çox xoşbəxtlik verən – oxuduğumuza görə –
Qarşılaşdırıram eşqin hüzuruyla,
Sonsuzluq qədər sevdiyin yanındadırsa bu dünyada,
Ürək rahat olar, poza bilməz heç bir şey o dərin olan mənanı
o məna – aid olmaqdır sevdiyinə...”