Müharibə təhlükəsi

13-11-2014, 23:28   
Amerikalı politoloq helikopterin vurulmasını şərh edib

Müharibə təhlükəsi
Region Dağlıq Qarabağda müharibənin yenidən başlanması təhlükəsi var.

ABŞ-ın Karneqi institutunun təhlilçisi Tomas de Vaal Ermənistan helikopterinin təmas xəttində vurulmasını atəşkəs sazişindən sonra keçən 20 il müddətində geniş hərbi əməliyyatların başlanmasına gətirib çıxara bilələcək ən böyük insident sayıb.

Amerikalı politoloq bu ilin avqust ayının əvvəlində cəbhədə baş verən ciddi döyüşlərin ardınca erməni helikopterinin vurulmasını hadisələrin çox narahartedici axarda inkişafı kimi qiymətləndirib.

Tomas de Vaalın fikrincə, Avropada ən çox hərbiləşdirilmiş zona olan Dağlıq Qarabağda atəşkəs xətti boyunca militarizasiya son 20 ildə xeyli güclənib:

"Bu hadisə bir daha xatırladır ki, iki ordu daim müharibənin bir addımlığında üz-üzə dayanıb və bu mührabənin başlanıb-başlanmaması onların öz maraqları üçün nəyi daha münasib bilməsindən asılıdır. İndi “gözə-göz, dişə-diş” tipli cavab zərbələri üçün real təhlükə var".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.