Dünya üçün böyük təhlükə: "Əl Qaidə" və İŞİD razılaşdı!

14-11-2014, 01:41   
Dünya üçün böyük təhlükə: "Əl Qaidə" və İŞİD razılaşdı!
"İraq Şam İslam Dövləti" və "Əl Qaidə" terror təşkilatlarının liderləri əməkdaşlıqla bağlı razılığa gəliblər. Musavat.com xəbər verir ki, məlumatı "Associated Press" Suriyada yüksək rütbəli məmura istinadən yayıb.

Məlumata görə, görüş ötən həftə Suriyanın şimalında keçirilib. Görüş yeri kimi Hələbin qərbindəki Atərəb şəhərinin seçildiyi ehtimal olunur. Qruplaşmaların təxminən yeddi yüksək vəzifəli nümayəndəsinin danışıqları 4 saata yaxın davam edib.

Terror təşkilatlarının liderləri bi-biriləri ilə düşmənçiliyə son qoyulması və ümumi düşmənlərə qarşı mübarizədə əməkdaşlıq barədə razılığa gəliblər.

İŞİD və "Əl Qaidə"nin Suriyanın şimalında bir neçə rayona birgə hücum planlaşdırdıqları da iddia olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.