Dəhşətli virusa əlac axtarılır

14-11-2014, 02:48   
Dəhşətli virusa əlac axtarılır
Ebolaya yoluxanların sayı 14 mini aşıb

Dünya Beynəlxalq “Sərhədsiz Həkimlər” təşkilatı (MSF) Qərbi Afrikanın 3 tibbi mərkəzində Ebolaya yoluxmuş xəstələrin yeni klinik müalicə üsullarının tətbiqinə başlayıb.

sınaqlardan Ümümdünya Səhiyyə Təşkilatının tövsiyyə etdiyi iki yeni preparat keçiriləcək. Əsas məqsəd ölümcül virusla xəstəliyin ən təhlükəli ilk 14 günündə mübarizə aparmaqdar.

Ebolaya yoluxanların sayı 14 mini aşıb və qızdırmadan 5160 adam ölüb. Virus ən çox Liberiya, Qvineya və Syerra-Leonedə yayılıb. Çərşənbə günü Qvineya ilə qonşu Malidə virusdan 3 nəfər ölüb.

MSF nümayəndəsi deyib ki, yeni dərman və müalicə üsulları ilə bağlı sınaqlar Britaniya, Fransa və Belçika tədqiqatçıları ilə birlikdə keçirilir. Qvineayadakı Qekedu şəhərinin tibbi mərkəzində Fransa həkimləri "Favipiravir" dərmanını sınaqdan keçirəcəklər. Paytaxt Konakridə isə Hollandiya mütəxəssisləri qan və plazmanın köçürülməsi ilə bağlı müalicə üsullarının səmərəliyini yoxlayacaqlar.

Eyni zamanda Britaniyanın "Wellcome Trust" təşkilatının təqiqatçıları "Bribcidofovir" preparatının effektivliyini nəzərdən keçirməlidirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.