Bakıda analoqu olmayan parkomat (FOTO)

14-11-2014, 12:55   
Parkomat aparatının xarabalığı xatırladan ərazidə qoyulması sakinlərin marağına səbəb olub

Bakıda analoqu olmayan parkomat (FOTO)

Adam Içində Bakının Xətai rayonunda, Cavanşir (keçmiş Qaqarin) körpüsünün yanında parkomat aparatı qoyulub.

Facebook sosial şəbəkəsində bildirilir ki, həmin ərazi xarabalığı xatırladır. Verilən şərhlərdə bildirilir ki, orda, dəmiryolu xəttinin yaxınlığında quraşdırılan parkomat aparatından heç kim istifadə etmir.

Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayevlə əlaqə saxladıq. Qurum rəsmisinin ANS PRESS-ə verdiyi məluma görə, məsələdən xəbədardır. Onun sözlərinə görə, hazırda yerləşdirilən parkomat aparatı artıq oradan götürülüb.

“Biz onu pilot layihə kimi ora qoymuşduq. Əvvəllər orada maşın çox dayanırdı. Biz aparatı qoyandan sonra heç kəs maşın saxlamadı. İndi götürmüşük, yenə də dəmiryolu xəttinin yaxınlığında maşın saxlayırlar”, - deyə Həsən Abdullayev bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.