Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 4 rayon şöbəsinin rəisi işdən çıxarılıb.
APA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, xidmətin İmişli və Saatlı rayon şöbələrinin rəisləri yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir və Gəncənin Kəpəz rayon şöbələrinin rəisləri isə tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər.