Boşanma iddialarının çoxu Whatsapp-ın köməyi ilə həll olunacaq. Edilən araşdırmada Whatsapp mesajlarının məhkəmələrdə müzakirə olunan boşanma məsələlərində ən əhəmiyyətli dəlil olduğu bildirilib.
İtaliyada yayımlanan son hesabata görə WhatsApp mesajları boşanma iddialarının ən əhəmiyyətli dəlilləri arasına girib. Sürətli söhbət xüsusiyyətiylə diqqət çəkən proqram, cütlərin ayrılıqlarında böyük rol oynayır.
İtalyalı Ailə Vəkilləri Birliyi tərəfindən açıqlanan son məlumatlara görə boşanma iddialarının təxminən 40faizində WhatsApp mesajları dəlil olaraq göstərilir.
Əvvəlcə qısa mesaj ilə başlayan aldatmalar, daha sonra Facebook vasitəsilə reallaşdırıldığını bildirən Ettore, indiki vaxtda yeni trendin WhatsApp olduğunu bildirib.