Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ İŞİD-ə qarşı əməliyyatlar üçün gündə 8 milyon xərcləyir

14-11-2014, 15:46   

ABŞ-ın İŞİD-ə qarşı əməliyyatlar üçün külli miqdarda pul xərclədiyi məlum olub.

Avropa.info-nun məlumatına görə, bu barədə CNN kanalında çıxış edən lakin adı açıqlanmayan yüksək rütbəli dövlət məmuru məlumat verib.

Avqust ayında ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı strategiyaları olmadığını söyləyib. Obamanın İŞİD-ə qarşı koalisiya nümayəndəsi general Con Alan isə bir neçə həftə əvvəl ABŞ-ın Əsədi devirmək məqsədi olmadığını xüsusilə vurğulayıb.

Lakin sonunda məlum olub ki, mövcud strategiya yetərsizdir.

CNN kanalı qeyd edib ki, ABŞ Əsədi devirmədən İŞİD-ə qalib gələ bilməz. Buna görə də Obama Suriya siyasətini yenidən götür- qoy etməyə başlayıb.

Adı açıqlanmayan yüksək çinli məmur bildirib:

"Prezident bizdən Suriya və İŞİD strategiyamızı təhlil etməyimizi istədi. Mən isə bildirdim ki, əgər İŞİD-ə qalib gəlmək istəyiriksə mübarizəni tək İraqda deyil Suriyadakı İŞİD qüvvələri ilə də aparmalıyıq".

O daha sonra ABŞ-ın İŞİD-ə qarşı xərclədiyi pullardan danışıb:

"ABŞ İŞİD-ə qarşı əməliyyatlar üçün saatda 300 min dollar xərcləyir. 96 gündür davam edən əməliyyatların bir günlük xərci 8 milyon dollardır.

Xərclənən ümumi məbləğ isə 768 milyon dollar məbləğindədir. Bura İraq və kürd qüvvələrini silahlandırmaq, hava hücumları, hərbi və məişət ehtiyacları da daxildir.

13 il davam edən Əfqanıstan müharibəsi üçün gündə 200 min dollar xərclənmişdi".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar