Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının qeydiyyatının ləğv edilməsinə dair qərarı qüvvədə saxlayıb.
komitə qanunvericiliyin tələblərinə uyğun olaraq, yenidən dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş müddətdə lazım olan sənədlərini Dövlət Komitəsinə təqdim etməməsini, eləcə də mövcud vəziyyətini və fəaliyyət imkanlarını əsas tutaraq, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının ləğv edilməsinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia ərizəsi təmin edərək “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının ləğv edilməsinə dair qətnamə qəbul etmişdi.
Sonradan dini icma apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qərarı qüvvədə saxlamışdı. Lakin dini icma bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti vermişdi.
13 noybar 2014-cü ildə kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası icmanın ləğvi ilə bağlı qətnaməni qüvvədə saxlayıb. Nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının 17 oktyabr 1997-ci il tarixli qeydiyyatı ləğv edilib.