İcra başçısı Taleh Qaraşovun oğlu öz yeni rəisini qapı arxasında gözlətdi

14-11-2014, 20:20   
İcra başçısı Taleh Qaraşovun oğlu öz yeni rəisini qapı arxasında gözlətdi
Mirqafar seyidov Bölmə əməkdaşları M.Seyidovu tanımayıblar və BŞBPİ-nin rəisi dəhlizdə gözləməli olub. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yeni rəisi polis general-mayoru Mirqafar Seyidov paytaxtdakı polis idarə və bölmələrini yoxlamağa başlayıb.

Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib. M.Seyidov ilk yoxlamanı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) həyata keçirib. Məlumata görə, M.Seyidov bölmənin inzibati binasına mülki geyimdə şikayətçi qismində daxil olub. Bölmə əməkdaşları M.Seyidovu tanımayıblar və BŞBPİ-nin rəisi dəhlizdə gözləməli olub. Bir müddət sonra isə gələn “şikayətçi”nin BŞBPİ-nin rəisi olduğu məlum olub.

Faktla bağlı bölmə əməkdaşları arasında cəzalananların olub-olmaması ilə bağlı məlumat veriləcək.

BŞBPİ-nin mətbuat xidməti hadisəyə münasibət bildirməyib.

“Qafqazinfo” xəbər verir ki, 8-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Vüsal Qaraşovdur və bu vəzifəyə bir neçə gün əvvəl təyin olunub. O, Lənkəranın icra başçısı Taleh Qaraşovun oğludur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.