Türkiyə müdafiə nazirindən helikopter açıqlaması...

14-11-2014, 22:18   
Türkiyə müdafiə nazirindən helikopter açıqlaması...
Türkiyə müdafiə naziri İsmət Yılmaz vurulan erməni helikopteri barədə danışıb.


Məlumata əsasən Türkiyə parlamentində büdcə müzakirələrinə qatılan İsmət Yılmaz təhlükəsizlik barədə danışarkən Yaxın Şərqdəki ciddi vəziyyət və Azərbaycanın vurduğu helikopter məsələlərinə toxunub: “Azərbaycan Ermənistana məxsus helikopteri vurub. Erməni rəsmiləri bu addıma cavab verəcəklərini bəyan edib. İnanın, bu regionda sabah nə baş verəcəyini qabaqcadan bilmək olmaz”.

İsmət Yılmaz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ölkələri bu məsələyə diqqət ayırmağa çağırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.