Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Fransa-Rusiya böhranı böyüyür: Olland “verməyəcəyik” deyir

14-11-2014, 22:58   
Fransa-Rusiya böhranı böyüyür: Olland “verməyəcəyik” deyir
Rusiya ilə Fransa arasında “Mistral” tipli döyüş gəmilərinin çatdırılması mövzusunda yaranan böhran səngimək bilmir.
Rusiyanın 2011-ci ilin iyulunda imzaladığı və dəyəri 1,5 milyard dollar olan razılaşma bu ölkənin başını dərdə salıb. Ukrayna böhranı səbəbindən Fransanın bu ölkəyə gəmiləri təhvil verməkdən imtina etməsi bu ölkəni nəhayət ki, hərəkətə gətirib.

Yayılan məlumatlara görə, sifariş verdiyi iki gəminin təhvil verilməsində yaranan yubanmalara görə, Rusiya Fransanı məhkəməyə verməyə hazırlaşır.

Gəmilərin verilməyəcəyi təqdirdə Fransanı beynəlxalq məhkəmə ilə hədələyən Rusiyanın beynəlxalq ictimaiyyətdən dəstək ala biləcəyi inandırıcı görünmür.

Hərbi mütəxəssislərin “Ria Novosti”yə verdiyi məlumata görə, bu ayın sonunda gəmilərin biri Rusiyaya gətirilsə belə, şimal qonşumuz Fransanı məhkəməyə vermək fikrindən daşınmayacaq.

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin bir müddət əvvəl yaranmış qalmaqalla bağlı açıqlama verərək problemin həll olunacağı və Rusiya hərbi sənayesinin öndəgedən isimlərindən olan “Rosoboronexport”un Fransaya dəvət edildiyini bildirmişdi. Roqozinin sözlərinə görə, yaranan problem qısa vaxt ərzində həll olunacaq.

Xatırladaq ki, “Vladivostok” adı verilən ilk döyüş gəmisini təhvil verilməsinin vacib olduğunu deyən rus rəsmilərə cavab olaraq Fransa Prezidenti Fransua Olland Ukraynada baş verən hadisələrdə Rusiyanın günahkar olduğunu deyərək, sifariş olunan gəmilərin təhvil verilməyəcəyini açıqlayıb.

Fransa Baş naziri Manuel Valls da noyabrın 6-da verdiyi açıqlamada döyüş gəmilərinin təhvil verilməsi ilə bağlı Rusiyanın şərtləri yerinə yetirmədiyini demişdi.

Xatırladaq ki, Fransada, Rona çayının dərəsində əsən güclü və soyuq şimal-qərb küləyinin adı verilən “Mistral” helikopter daşıyan gəmiləri dünya hərb sənayesində ən müasir gəmilər hesab olunur. Fransa donanmasının tərkibində fəaliyyət göstərən bu gəmilər ayrı-ayrılıqda 16 ədəd NH90 və ya “Tiger” tipli vertolyot, 13 ədəd AMX-56 tank, 70 zirehli vasitə və 450 nəfərlik heyəti daşımaq gücünə malikdir. Gəmi 69 yataqdan ibarət hospitalı ilə istənilən təbii fəlakətə müdaxilə etmək iqtidarındadır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar