ABŞ nüvə silahlarının yenilənməsini nəzərdə tutan beş illik proqram qəbul etməyi planlaşdırır.
ABŞ Müdafiə naziri Çak Hagel proqramın detalları barədə bu gün ictimaiyyətə məlumat verəcək.
Məlumata görə, bir müddət öncə araşdırmalara başlayan Pentaqon nüvə silahlarının köhnəldiyi qərarına gəlib. Pentaqonun hesabatında bildirilib ki, ABŞ “Soyuq müharibə” dönəmindən sonra nüvə proqramına laqeyd yanaşıb.
“Nyu York Tayms” qəzetinə danışan Pentaqon rəsmisi isə proqramın 20-30 milyard dollar civarında olacağını deyib.